Accessibility links

Britaniya COVID-19 məhdudiyyətlərini genişləndirir


Britaniyanın səhiyyə naziri Matt Hankok cümə axşamı yoluxmaların artmasından sonra hökumətin Liverpul və Britaniyanın şimal-qərbindəki bölgələrdə COVID-19-la əlaqəli məhdudiyyətləri genişləndirəcəyini bildirib.

Parlament qarşısında çıxış edən Hankok məhdudiyyətlərin Liverpul, Varrinqton, Hartlipul və Midlsbro şəhərlərində tətbiq olunacağını deyib. Məhdudiyyətlər çərşənbə günü şimal-şərqdə tətbiq olunan məhdudiyyətlərlə eynidır - qapalı yerlərdə sosial toplaşmaların qadağan edilməsi.

Hankok eləcə də insanlara peşəkar və ya həvəskar idman tədbirlərinə qatılmamağı tövsiyə edib.

Səhiyyə naziri son zamanlar ölkənin şimal-qərbində yoluxma hallarının artdığını bildirib. "Liverpulda 100 min nəfərə 268 yoluxma düşür və bu səbəbdən biz birlikdə hərəkət etməliyik" - deyə, o bildirib.

Hankok deyib ki, hökumət COVID-19-la mübarizə üçün yerli hökumətlərə təxminən 9 milyon dollar yardım ayırıb.

Nazir ölkənin bəzi bölgələrində virusun sürətlə yayılmasına baxmayaraq, London İmperator Kollecindən insanlar arasında yoluxmanın sürətinin azaldığına dair məlumatlar alındığını deyib.

Çərşənbə günü baş nazir Boris Conson vətəndaşları yalnız xalqın sağlamlığına görə deyil, iqtisadiyyatı da qorumaq üçün qaydalara riayət etməyə çağırıb. O, COVID-19-un yayılmasını dayandırmaq və ya sürətini azaltmaq üçün lazım olduğu yerlərdə yeni məhdudiyyətlər tətbiq etməkdən çəkinməyəcəyini də deyib.

Cons Hopkins Universitinin Coronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, COVID-19 Britaniyada 42 mindən çox insanın ölümünə səbəb olub ki, bu, Avropanın digər ölkələrdə olduğundan xeyli çoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG