Accessibility links

Britaniya rəsmiləri COVID-19 məhdudiyyətlərinin aradan qaldırılmasında ehtiyatlı olmağa çağırır


Kris Vitti və Patrik Vollans Londonda

Hökumətinin yüksək səviyyəli tibbi və elmi məsləhətçiləri Britaniyanın COVID-19 təhlükəsindən tam uzaqlaşmadığını və koronavirus yoluxmaları və ölüm hallarını aradan qaldırmağın mümkün olmadığını bildirərək, çərşənbə axşamı məhdudiyyətlərin tədricən aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Baş Nazir Boris Conson Britaniyanın ölkə üzrə üçüncü karantindən onun sözlərilə, ehtiyatlı, lakin geriyə dönüşü olmayan yol xəritəsini açıqlayıb.

Baş Elmi Məsləhətçi Patrik Vollans ölüm hallarının azalması və peyvəndin tətbiqinin prosesinin yaxşı getməsinə baxmayaraq, vəziyyətin tez bir zamanda pisləşə biləcəyini deyib.

"Hər şey düzgün istiqamətdə getdiyimizə işarə edir, amma düşünürəm ki, heç kim bunun bitdiyini qəti şəkildə deyə bilməz. Bu dalğada belə, əlbəttə ki, hələ təhlükədən kənarda deyilik" – deyə, o qeyd edib.

Britaniyada 120 mindən çox insan COVID-19 nəticəsində həyatını itirib. Bu, dünyada ən çox ölüm beşinci ölkədir. Lakin Britaniya həmçinin dünyanın ən sürətli peyvənd tətbiqini həyata keçirən ölkəsidir. Belə ki, ölkə əhalisinin üçdə birindən çoxuna ən azı bir doza peyvənd vurulub.

Baş Tibb Müdiri Kris Vitti hətta ən uğurlu vaksinasiya proqramı ilə də COVID-19 ölümlərinin qarşısının alınmadığını, lakin ehtiyatlı yanaşma ilə yoluxmaların gələcək dalğasının miqyası və ciddiliyini azaltmağın mümkün olduğunu bildirib.

"Bütün modellər gələcəkdə artımın olacağını göstərir. Vaksinasiya nəticəsində ölüm halları azalacaq, amma təəssüf ki, sıfıra enməyəcək" - deyə, Vitti qanunvericilərə bildirib.

Bazar ertəsi Britaniyada məktəblər bütün şagirdlər üçün yenidən açılıb. Məhdudiyyətlərin yumşaldılmasına dair növbəti addımlar beş həftəlik fasilələrlə həyata keçirilir, lakin rəsmilər açılmaların tempini tarixlər deyil, daha çox məlumatların müəyyən edəcəyini deyib.

XS
SM
MD
LG