Accessibility links

Britaniya supermarketləri alış-verişə məhdudiyyərlər qoyur


Koronavirusun yayılması dövründə sosial izolyasiyadan narahat olan alıcıların mağazaların rəflərini boşaltmasından sonra Britaniyanın Tesco, Sainsbury və Asda supermarketləri çərşənbə günü uzun müddət qalan südə, tualet kağızlarına və makaron məmulatlarına məhduduyyətlər qoyub.

Virusun yayılması ilə əlaqədar olaraq Avropa ölkələri səyahətləri məhdudlaşdırsa da, Britaniya şirkətləri dünyanın hər yerindən meyvə, un və balıq çatdıran zəncirlərin bu günə qədər fəaliyyət göstərdiyini deyir.

Çox ehtiyatla hərəkət etməsinə görə tənqidlərlə üzləşən baş nazir Boris Chnson çərşənbə axşamı ərzaq ehtiyatı yığımı üçün heç bir səbəb olmadığını və ölkədə ərzağın kifayət qədər olduğunu deyib.

Lakin ölkə boyu supermarketlərdə alıcılar qorxu yaşayır.

Bir çox böyük mağazaların rəfləri boş qalıb. Rəflərdə dondurma və şokoladdan hazırlanmış Pasxa yumurtalarından başqa heç nə olmayıb. Reuters xəbər agentliyinin müxbirləri çərşənbə günü bəzi supermarketlərin ətrafında böyük növbələr yarandığını bildirib.

Tesco, Sainsbury, Asda və Morrisons da daxil olmaqla, Britaniyanın böyük supermarketləri, eləcə də Aldi və Lidl kimi ərzaq mağazaları alış-verişi məhdudlaşdırıb.

Tesco alıcılara makaron və konservləşdirilmiş məmulatlar, bakteriya əleyhinə təmizləyici maddələr kimi bəzi malları yalnız iki paket almaq imkanı verir. Sainsbury və Asda müştərilərini üç məhsulun hərəsindən birini almaqla məhdudlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG