Accessibility links

Qərbin silah satışı problemi [Video]


Böyük Britaniyanın silah satışı
please wait

No media source currently available

0:00 0:02:36 0:00
Britaniya mediasında hərbi sursatın dünya ölkələrinə satışını göstərən qrafikalar və hesabatla müşayiət olunan sərt yazı dərc olunub.

Üzücü görünə bilər, ancaq London Kral Kollecinin Müharibə Araşdırması təşkilatından ekspert Cək MakDonald üçün bu, təəcüblü deyil.

"Birləşmiş Krallıq silah-sursat ixrac edən ölkələrlə eyni problemi paylaşır. Ən böyük silah alıcıları insan haqlarını pozan ölkələr olur.”

Son aylarda Qərbin Suriya müxalifətinə hərbi avadanlıq satmaq planı geniş maraq doğurub. Rusiya bu planı pisləyib.

Rusiya Xarici İşlər nazirinin müavini Serqey Rıbakov deyib ki, Fakt budur ki, Avropa Şurası konflikti daha da alovlandırır və sülh konfransı üçün qurultaya olan ümidləri puç edir.

Başqa tərəfdən Suriya hökümətinə zenit raketlər satan Rusiya, Qərb və Moskvaya səfər etmiş İsrailin xarici işlər nazirliyinin müavininin tənqidinə məruz qalmışdı.

O bildirib ki, İsrail bu addımdan dərin narahatlığını bildirir. Biz Suriyada vəziyyətin sabitləşənə qədər təchizatın göndərilməsinin dayandırılmasını tələb etdik.

Çin beynəlxalq silah satışında böyük rol oynayır və bu addımına haqq qazandırmağa çalışır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü silah ixracı kimi problemlərdə Çin hər zaman BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq qanunlara sadiq qalaraq məsuliyyətli və ehtiyatlı davranmağa çalışdığını deyib.

Hərbi təçhizatın istehsalı və satışı başlıca ölkələrin iqtisadiyyat və müdafiə proqramları üçün çox mühümdir. Rəsmilər deyir ki, ixracat onlara dünyanın iğtişaşlı ölkələrinə təsir göstərmək gücü verir. Ancaq Cək Makdonald bunun bir o qədər də asan olmadığını deyir.

“Hərçənd ki, bu ölkələrə hərbi sursat satılması bizə üstünlük verir, düşünmürəm ki, bu, onların insan haqları göstəricilərində dəyişiklik edəcəyinə təminat verir.”

Söhbət saysız insan həyatı və ölkələrin gələcəyindən getdiyi bir məqamda silah satan ölkənin istənilən addımı haqlı tənqidə məruz qala bilər və bu dilemmada balans saxlamaq çətindir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG