Accessibility links

Britaniya və Fransa sammiti: Təhlükəsizlik razılaşmaları və Brexitlə bağlı gərginliklər [Video]


Britaniya və Fransa sammiti: Təhlükəsizlik razılaşmaları və Brexitlə bağlı gərginliklər
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Britaniya və Fransa sammiti: Təhlükəsizlik razılaşmaları və Brexitlə bağlı gərginliklər

Fransa prezidenti Emmanuel Makron Sandurstda yerləşən və hər iki ölkənin təhlükəsizlik əlaqələrində vacib yer sayılan Britaniyanın Royal Hərbi Akademiyasında Fransanın milli himni ifa edilərək qarşılanıb.

Müzakirələrin əsas mövzusu Britaniyaya giriş qapısı sayılan Kale limanındakı mühacir böhranı olub. Baş nazir Tereza Mey qaçqınların sığınacaq almaq prosesini sürətləndirmək məqsədi ilə əlavə 67 milyon dollar yardım təklif edib.

“Prezidentlə mən təkcə bizim üçün yox, ümumilikdə bütöv Avropanın təhlükəsizliyi üçün Böyük Britaniya və Fransa əlaqələrinin əhəmiyyətinin fərqindəyik." - deyə Tereza Mey bildib.

Həmçinin hər iki ölkənin əsas beş kəşfiyyat təşkilatının rəhbərləri ilk dəfə görüşərək, qarşılıqlı şəkildə öz üzərlərinə hərbi öhdəliklər götürüblər.

Britaniya Saheldəki islamçı terror şəbəkələrinə qarşı mübarizə aparan fransız qoşunlarını yerləşdirmək üçün vertolyot təklif edir.

“Fransa Salehdəki əməliyyatlara Avropalı həmkarlarının dəstəyini almaq məsələsində çox həvəslidir. Siz bəzən Fransa rəsmiləri tərəfindən “Bəli, ordakı Avropa Birliyi qoşunlarıdır və onlar fransızdır” deyildiyini eşidə bilərsiniz. Bu da o deməkdir ki, birliyin digər ölkələri də qabağa keçib, öz üzərlərinə məsuliyyət götürməlidir. Əgər Böyük Britaniya bunu etmək istəyirsə bu əladır.” - deyə, Avropa İslahat Mərkəzinin təmsilçisi Sofia Beş bildirib.

Fransa isə öz növbəsində Rusiyanın təcavüzünü dayandırmaq missiyasında NATO-nun Estoniyada yerləşdirilən Britaniya kontingentini gücləndirmək üçün daha çox qoşun təklif edib.

“NATO hələ Avropanın təhlükəsizliyinin əsasını təşkil edən əsas struktur olaraq qalır. Almanlar və Fransızlar da bununla razıdır. Digər tərəfdən, fransızlar strateji muxtariyyət adlandırdıqları Avropanın ABŞ olmadan hərəkət edə bilməsində maraqlıdırlar. Bu da İngiltərənin keçmişdə kifayət qədər tənqid etdiyi bir şeydir." - deyə, Sofia Beş əlavə edib.

Cümə axşamı baş tutan və müsbət əhval-ruhiyyədə davam edən zirvə toplantısında İngiltərənin Avropa Birliyindən çıxması məsələsi gərginliyə səbəb olub. London Avropa Birliyinin vahid bazarına çıxışı təmin edəcək müqavilə arzusundadır. Prezdent Macron isə öz növbəsində danışıqlarla bağlı Fransanın mövqeyini açıqlayıb.

Brexilə bağlı müzakirələrin yaratdığı gərginliyi aradan qaldırmaq üçün Emmanuel Makron baş nazirə dünyaca məşhur olan rəsm Bayeux Tapestry-ni təqdim edib. Bəzi müşahidəçilərin sözlərinə görə, rəsmdə 1066-cı ildə Fransadan gələn normanların Britaniyanı fəth etməsinin təsvir edilməsi də başqa cür ironiyadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG