Accessibility links

Britaniyada radikal islamçı ruhani yenidən həbsə alınıb


Britaniya rəsmiləri əl-Qaidə lideri Osama bin Ladenlə əlaqədə ittiham edilən radikal islamçı ruhanini yenidən həbsə alıblar.

Əbu Katada on il davam edən məhkəmə çəkişməsindən sonra yenidən İordaniyaya deportasiya edilməklə üzləşir. Vaiz Əbu Katada dünən Britaniya sərhəd agentliyinin zabitləri tərəfindən saxlanılıb. O, İordaniyaya ekstradisiya ediləcəyini gözləyərkən zaminlik üçün etdiyi müraciətə rədd cavabı alıb.

1998-ci ildə Əbu Katada İordaniyada iki terror hücumu hazırlamaqda ittiham edilir. Britaniya hökuməti 2001-ci ildən bəri Katadanı deportasiya etmək istəyir. Lakin bu səylərin qarşısı davamlı şəkildə məhkəmə tərəfindən alınıb. Hökumətin son cəhdinin qarşısı yanvar ayında, Avropa İnsan Hüquqları Məhkəməsi deportasiya əleyhinə qərar çıxardıqdan sonra alınıb.

XS
SM
MD
LG