Accessibility links

Britaniyalıların yarısı Brexit ilə bağlı səsvermə keçirilməsini istəyir


Bazar ertəsi Sky News-un keçirdiyi sorğuya əsasən hal-hazırda Britaniyalıların üçdə ikisi gələn ilin əvvəllərində Britaniyanın Avropa İttifaqını tərk etməsinin hökümətə pis təsir edəcəyini düşünür və yarısı Brekzitdən sonra nə baş verəcəyi ilə bağlı səsvermə keçirilməsini istəyir.

Britaniyanın Avropa İttifaqını tərk etməsinə səkkiz ay qaldığı dövrdə baş nazır Tereza Mey bölünmüş partiyanın hər iki tərəfi ilə iqtisadi əlaqələrin saxlanılması və Brüssel müzakirəçiləri üçün təklif hazırlamalıdır.

Sky sorğusunun nəticələrinə görə, mart ayında 50 faizlə müqayisədə indi Briyaniyalıların 65 faizi hökümətin qərarının pis nəticələnəcəyini bildirir və Avropa İttifaqından çıxmağın şərtlərini müəyyən etmək üçün referendumun keçirilməsini istəyir.

Sorguda üç seçim olub, Tereza Meyin təklifi ilə, heç bir təklifsiz və Avropa İttifaqında qalmaq. Sorğuda işrak edənlərin 48 faizi Avropa İttifaqında qalmağı istədiyi halda, 27 faizi heç bir şərtsiz ittifaqı tərk etməyi və 13 faizi hökümətin şərtləri ilə razılaşmağı seçib.

Bu sorğu iyul ayının 20-23-də 1466 “Sky” istifadəçiləri arasında onlayn keçirilib.

XS
SM
MD
LG