Accessibility links

Britaniyanın döyüş gəmisi Cənubi Çin dənizindəki adalara yaxınlaşıb


Britaniyanın Kral Dəniz Donanmasının döyüş gəmisi Pekinin mübahisəli Cənubi Çin dənizində ona aid olduğunu iddia etdiyi adalara yaxınlaşandan sonra Çin Britaniyanı provokasiyada ittiham edib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq deyib ki, Britaniyanın HMS Albion gəmisi bir həftə öncə Parasel adaları yaxınlığında üzərkən "beynəlxalq və Çin qanunlarını" pozub.

"Çinin Dəniz Donanması gəminin kimə məxsus olduğunu təsdiq edib və ərazini tərk etməsinə dair xəbərdarlıq edib" - deyə, o bildirib.

ABŞ Dəniz Donanması da Gəmiçilik Azadlığı Əməliyyatlarını həyata keçirmək üçün münaqişəli əraziyə gəmi və təyyarələr göndərib.

Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnam Çinin Cənubi Çin dənizinin böyük hissəsinə iddiasına etiraz edir.

XS
SM
MD
LG