Accessibility links

Bruklində şagirdlərin nəzarətində olan azad məktəb [Video]


Bruklində şagirdlərin nəzarətində olan azad məktəb
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Bruklində şagirdlərin nəzarətində olan azad məktəb

“Azad məktəb” hərəkatı 100 il öncə başlayıb

Şagirdlərin məktəbin idarəçiliyində söz haqları olduğu və günlərini necə - oyun oynayaraq və yaxud dərs oxuyaraq - keçirəcəklərini seçdikləri demokratik və ya “azad məktəb” hərəkatı 100 il əvvəl başlayıb. Bu gün Cənubi Koreya, Yaponiya, Almaniya, Braziliya və Kolumbiya kimi dünyanın bir sıra ölkələrində bu cür özəl məktəblər fəaliyyət göstərir. Əksəriyyəti ABŞ-dadır. Onlardan biri, Bruklin Azad Məktəb isə 11 ildir Nyu-Yorkda fəaliyyət göstərir.

Bu Bruklin Azad Məktəbində keçirilən həftəlik demokratik iclasdır. Burada 5-6 yaşından yuxarı hər kəs iştirak edir. İlk öncə onlar sədr seçirlər. Bu dəfə bu yuxarı sinif şagirdi Ueyn Hamptondur.

Daha sonra onlar məktəbdə baş verən son məsələləri müzakirə edirlər.

Təkliflər üzərində danışıqlar gedir və daha sonra səsvermə keçirilir, bəzi uşaqlar isə şəkil çəkib, kitab oxumağa üstünlük verirlər. Azad məktəblərin əsas amillərindən biri hər hansı bir fəaliyyətdə iştirak edib-etməmək azadlığıdır. Bağçadan yuxarı sinfədək Bruklin Azad Məktəbində məcburi dərs, imtahan və ya qiymət yoxdur. Məktəbin direktoru Lilli Merkoqliano:

“Təbii ki, elə dəsrlərimiz var ki, orada müəllimələrin ideyaları olur. Məktəbimizin strukturu və qaydaları var, amma buradakı demokratik sistem uşaqlara azad seçim verir."

Məktəbimizin strukturu və qaydaları var, amma buradakı demokratik sistem uşaqlara azad seçim verir

İclasdan sonra balaca oğlanların bəziləri Leqo ilə oynayırlar. Video oyunlar oynayan yeniyetmələr bunun dərslərin “dövrünün” bitdiyinin göstərdiyini deyir.

“Ötən rübdə mən yunan mifologiyası və riyaziyyat oxudum. Bu dəfə isə fizika və kimya oxumağı planlaşdırıram”.

Yuxarı mərtəbədə ən balaca uşaqlar sərbəst oyunlar, digər otaqda isə 5-7 yaşlılar stolüstü oyunlar oynayırlar. Bəzi şagirdlər isə daha çox vaxtı kitabxanada kitab oxumaqla keçirirlər.

Hər hansı xüsusi bir mövzu barədə öyrənmək istəyənlər bu təklifi irəli sürə bilərlər. Bu qrup 19-cu əsr Qərbi Afrika mədəniyyətlərini öyrənir.

Amaliya Şvorzçayld iki ildir bu məktəbdə oxuyur.

“Maraqlıdır, çünki bir tərəfdən özünün kimliyini müəyyənləşdirməlisən. Eyni zamanda isə daim “mən bunu etmək istəyirəm və bunu bu cür edəcəm” deməlisən. Həm də müəllimlər səni bunda təşviq edir.”

Skeptiklər müəyyən tədris planı olmadan uşaqların nə qədər öyrənə bildiklərini sual altına alırlar, tərəfdarlar isə azad məktəblərin hər kəsə uyğun olmadığını iddia edirlər. Amma onlar deyir ki, bu cür təhsil demokratiyanın tələb etdiyi müstəqil düşüncəni və bərabər-hüquqlu iştirakı inkişaf etdirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG