Accessibility links

Brüsseldə hücuma cəhdlə əlaqədar dörd nəfər saxlanılıb


Belçika rəsmiləri deyib ki, cümə axşamı polis Brüsseldə qatar stansiyasında bomba hücumu ilə əlaqədar dörd nəfəri həbs edib.

Federal prokurorun ofisi bildirib ki, həbslər Molenbeek rayonu da daxil olmaqla Brüsseldə keçirilən reydlər nəticəsində olub. Həbs edilən dörd nəfərin hücumla əlaqələri barədə təfsilat verilməyib.

Çərşənbə axşamı hadisəni törətməkdə şübhəli bilinən şəxsin 36 yaşlı əslən mərakeşli olduğu, adı və soyadının baş həriflərinin O.Z. olduğu və onun İŞİD yaraqlı qrupunu dəstəklədiyi ehtimal edilir.

Onun evindən partlayıcı qurğu düzəltmək üçün kimyəvi və digər materiallar aşkar edilib.

Çantada gizlədilən partlayıcı qurğu tam işə düşməyib və heç kimi yaralanmayıb. Şübhəli şəxs polislə qarşılaşdıqda güllələnərək öldürülüb

Brüsseldə qərargahlanan İŞİD yaraqlılarının Parisdə 130 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra Brüsseldə 18 ay idi təhlükəsizlik səviyyəsi qaldırılmışdı. Ötən ilin mart ayında Brüssel hava limanı və şəhər metro stansiyasında hücumlar 32 nəfərin ölümünə səbəb olmuşdu.

XS
SM
MD
LG