Accessibility links

Bu gün Parisdə küçələr təmizlənir


Dünən Fransada 1800 yaxın insan həbs edilib.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, ümumilikdə ölkə boyu keçirilən aksiyalarda 136 min adam iştirak edib. Etiraz aksiyaları Parisdən əlavə Marsel, Bordo, Lion və Tulusda da keçirilib.

Fransa polisi şənbə günü Parisin mərkəzi Yelisey çölləri (Şanzelize) prospektində toplaşan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər ölkədə yaşayış məsrəflərinin yüksək olmasına etiraz edirlər.

Parisdə keçirilən aksiya zamanı ictimai asaişi qorumaq üçün küçələrə 8 minədək polis çıxarılıb.

Ölkə boyu asaişin qorunmasına 89 min polis əməkdaşı cəlb edilib.

“Sarı jiletli” aksiyaçılar artıq bir neçə həftədir ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirir.

Hökumət sonda bu addımdan çəkinsə də ölkə boyu nümayişlər davam edir.

Onlar prezident Emmanuel Makronun iqtisadi siyasətinə qarşı çıxır, vergilərin azaldılması və maaşların qaldırılması da daxil olmaqla, indi yeni tələblər irəli sürürlər.

Ötən həftə Parisdə keçirilən aksiya zamanı mağazalar qarət edilmiş, onlarla avtomobil yandırılmışdı.

Hakimiyyət xəbərdarlıq edib ki, radikal sağçı və solçu qüvvələr etirazları başqa səmtə yönəltməyə cəhd göstərirlər.

Eyni zamanda Eyfell qülləsi və Luvr muzeyi kimi turist mərkəzləri işini bərpa edib.

Bu gün Parisdə küçələr təmizlənib.

XS
SM
MD
LG