Accessibility links

Bu gün Şimali Koreyanın qərb sahilindən artilleriya atəşi açılıb


Cənubi Koreya Şimali Koreyadan bazar günü yaxalanmış yeddi balıqçıdan ibarət qayığın ekipajını və qayığı azad etməyi tələb edib

Cənubi Koreyanın Müdafiə Naziri bildirib ki, bu gün Şimali Koreyanın qərb sahilindən artilleriya atəşi açılıb. Şimali Koreyanın neçə artilleriya mərmisi atdığı və onların Cənubi Koreya ilə Sarı Dənizdə mübahisəli sərhəddinə nə qədər yaxın olduğu aydın deyil. Hadisə Şimali Koreya və ABŞ-ın başçılığı ilə BMT komandanlığının polkovnikləri arasında generallar səviyyəsində görüşə hazırlıqlar aparmaq üçün demilitarizasiya zonasında görüşündən bir neçə gün əvvəl baş verib. Bundan başqa bu gün Cənubi Koreya Şimali Koreyadan bazar günü yaxalanmış yeddi balıqçıdan ibarət qayığın ekipajını və qayığın özünü azad etməyi tələb edib. Unifikasiya Nazirliyinin sözcüsü Çan Hay-sanq reportyorlara bildirib ki, Pxenyan Seula balıqçılar haqda heç bir məlumat göndərməyib.

XS
SM
MD
LG