Accessibility links

Bu gün İraqda silsilə bomba hücumları həyata keçirilib


Mərkəzi Bağdadda baş verən partlayışlar azı 35 nəfərin ölümünə səbəb olub

İraq rəsmilərinin bildirdyinə görə, mərkəzi Bağdadda baş verən bir neçə partlayış azı 35 nəfərin ölümünə, 140 nəfərdən çoxunun yaralanmasına səbəb olub. Bildirildiyinə görə bu gün Əlləvi mahalında baş verən azı beş bomba partlayışı bir neçə binanın və bir restoranın sıradan çıxmasına səbəb olub. Xəbərlərdə insanların dağıntılar altında qaldığı bildirilir.

Ölkənin Daxili İşlər Nazirliyinin digər məlumatında isə deyilir ki, keçmiş Britaniya səfirliyi yaxınlığında da intiharçı hücumu həyata keçirilib. Hücumların məsuliyyətini dərhal üzərinə götürən olmasa da, Bağdadın təhlükəsizlik rəsmiləri bütün hadisələrdə Əl-Qaidənin əli olduğunu deyirlər.

XS
SM
MD
LG