Accessibility links

Cəmil Həsənli azad buraxılıb


Cəmil Həsənli
Cəmil Həsənli

AXCP sədri Əli Kərimli və 10-dan artıq cəbhəçi hələ də polis idarəsindədirlər.

Partiya üzvü Ruslan Qurbanlının 1000 manat cərimə edildikdən sonra buraxıldığı bildirilir.

***

Milli Şuranın sədri Cəmil Həsənli noyabrın 17-də Səbail Rayon Polis İdarəsində 9 saat saxlandıqdan sonra azad buraxılıb.

Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, ondan hər hansı izahat alınmayıb və ona qarşı heç bir ittiham irəli sürülməyib. Polis idarəsində hansı səbəbdən saxlanılmasına dair açıqlama verilmədiyini bildirən Cəmil Həsənli səhhətinin də normal olduğunu deyib.

Bununla yanaşı, hazırda Səbail Rayon Polis İdarəsinin qarşısında olan müxalifət fəalları Amerikanın Səsinə Cəmil Həsənli ilə birlikdə saxlanılmış AXCP sədri Əli Kərimlinin hələ də polis idarəsində olduğunu bildiriblər. Onun hazırda hansı statusda saxlanılması açıqlanmır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG