Accessibility links

Cənubi Koreya demoqrafik böhranını həll etməyə çalışır


Cənubi Koreya demoqafik böhranını həll etməyə çalışır
please wait

No media source currently available

0:00 0:04:33 0:00

Şəxsiyyəti bilinməyən gənc qadın Seulda kilsə divarındakı metal qapını açır və əlindəki yeni doğulan körpəni oraya qoyub gedir.

Bu an noyabr ayının sonunda Seulun Cusaraq İctimai Kilsənin təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Məncə hökümətin yeni yol xəritəsində aşağı doğum səviyyəsinə qarşı mübarizədə gender bərabərliyiə diqqət ayırıması çox gözəl addımdır. Bu tədbir çox qısa zaman ərzində nəticə verməsə də, uzun müddətdə gender bərabərliyinə diqqət çəkmək müsbət nəticələr verəcək.
Yu ci-sun

Qadınların istəmədikləri körpələrini qoyub gedə bildikləri “körpə qutularını” idarə edən keşiş Li Jonq-rak deyir ki, Cənubi Koreyadakı doğum səviyyəsinin bütün dünya ilə müqayisədə ən aşağı səviyyədə olmasının səbəbi odur ki, hazırkı ictimai quruluş anaları qorumur. Onun sözlərinə görə, nikahdan kənar uşaq dünyaya gətirən qadınlar üçün vəziyyət daha da pisdir.

“Evlənməmiş analar və yeniyetmə anaları ‘hamilə qadın’ hesab etmirlər. Əksinə, onlardan üz döndərilir və onlara nifrətlə yanaşırlar. Yeniyetmələr hamilə olanda məktəbdən qovulur, yaşıdlarından uzaqlaşdırılırlar. Bundan əlavə həmin analar üçün iş tapmaq da çətinləşir”, Li deyir.

Li 2009-cu ildən bəri 1500 körpənin həyatını xilas edib. Korea Statistika İdarəsinin verdiyi məlumata görə, ötən il ölkə boyu 261 uşaq tərk edilib.

Son 10 ildə Cənubi Korea demoqrafik böhranını həll etmək üçün kiçik Avropa ölkəsinin iqtisadiyyatına bərabər pul xərcləyib, lakin buna baxmayaraq doğum nisbəti çox azalıb və hazırda bütün dünya ilə müqayisədə ən aşağı səviyyədədir.

Özünü feminist prezident kimi təqdim edən prezident Mun Cae-in bu il yeni bir yanaşmanı sınaqdan keçirir: qadınlara daha çox hörmət bəsləmək.

Ötən ilin sonunda Cənubi Koreya qadınların işə alınmasına mane törədən bəzi amillərin aradan qaldırılması planı açıqlanıb. Buna hər iki valideynə eyni anda analıq və atalıq məzuniyyətinə çıxmaq icazəsi və bu məzuniyyətin müddətinin uzadılması daxildir. Bundan əlavə işəgötürənlərə də valideynlərə daha az saat işləmələrinə icazə verdiklərinə görə imtiyazlar verilir.

Cənubi Koreya işləmək baxımından İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı daxilindəki ölkələr arasında ən pis yerdir, baxmayaraq ki, buradakı qadınlar təşkilat daxilindəki ən təhsilli qadınlardır.

Cənubi Koreyada 15-64 yaş arasında olan qadınların təxminən 56 faizi işləyir. Bu isə İƏİT ölkələrinin ortalama göstəricisi, yəni 60 faizdən azdır. Danimarka və İsveçdə bu göstərici 72-75 faizdir. Bu ölkələrdə doğum səviyyəsi inkişaf etmiş ölkələr daxilində ən yüksəklər arasındadır.

İşəgötürənlər deyir ki, evli gənc qadınlar diskriminasiya səbəbilə daha az iş imkanlarına sahib olurlar.

Lakin yeni tədbirlər təkcə iş yerlərini hədəf alımır. Qadınlar uşaqlarına öz soyadlarını vermək imkanına sahib olacaq və doğum haqqında şəhadətnamələrdə uşağın nikahdan kənarda doğulub-doğulmadığına dair sual da aradan qaldırılacaq.

Sukmyunq Qadınlar Universitetinin ailə və resursların idarəsi fakültəsinin professoru Yu Ci-sun deyir ki, gender bərabərliyinə yönəlmiş yeni yol xəritəsi diqqətəlayiqdir. Lakin o xəbərdarlıq edir ki, hökümətin bu tədbirlərinin mühafizəkar və patriarx cəmiyyətdə qəbul edilməsi uzun zaman alacaq.

Hökümət nə qədər də bizi dəstəklədiyini desə də, onların bunu həqiqətən edib-etməyəcəkləri bəlli deyil. Mən 2-3 uşağımın olmasını istərdim, amma hökümətin məni dəstəkləyəcəyindən şübhələnirəm. Bu məni narahat edir/
Ceonq min-hye

“Məncə hökümətin yeni yol xəritəsində aşağı doğum səviyyəsinə qarşı mübarizədə gender bərabərliyinə diqqət ayırıması çox gözəl addımdır. Bu tədbir çox qısa zaman ərzində nəticə verməsə də, uzun müddətdə gender bərabərliyinə diqqət çəkmək müsbət nəticələr verəcək”, o deyib.

“Hökümət nə qədər də bizi dəstəklədiyini desə də, onların bunu həqiqətən edib-etməyəcəkləri bəlli deyil. Mən 2-3 uşağımın olmasını istərdim, amma hökümətin məni dəstəkləyəcəyindən şübhələnirəm. Bu məni narahat edir” - deyə, 29 yaşlı cənubi koreyalı işçi Ceonq Min-hye söyləyir.

Nikahdan kənar doğum hallarına o qədər mənfi münasibət bəslənir ki, ölkədə dünyaya gələn uşaqların yalnız 1.9 faizi nikahdan kənarda doğulur. Ekspertlər bu göstəricini Fransa ilə müqayisə edir və orada bu rəqəm 50 faizdir, doğum səviyyəsi isə 1.9-dur. Cənubi Koreyada doğum səviyyəsi 1.05-dir. Ölkədə abort qeyri-qanunidir, uşağı övladlığa vermək qaydaları isə çox sərtdir.

Buna baxmayaraq, tənqidçilər deyir ki, Munun doğum səviyyəsinə yanaşması irəliləyiş olsa da, onun iş və ev siyasəti insanları övlad sahibi olmaqdan çəkindirir. Minimum əmək haqqı işsizlik səviyyəsinin artmasına gətirib çıxarıb, daha yüksək ilkin ödəniş tələbləri isə ev almağı əlçatmaz edib.

Milli Assambleyanın Büdcə İdarəsi təxmin edir ki, əgər doğum səviyyəsi artmasa, 2060-cı ilədək Cənubi Koreyanın iqtisadiyyatı 5 faiz azala bilər, çünki məhsuldarlıq azalır, yaşlılara baxım xərcləri artdığı üçün isə investisiyaya daha az pul qalır.

XS
SM
MD
LG