Accessibility links

Cənubi Koreya sularında batan gəminin sərnişinlərinin axtarışı davam etdirilir


Cənubi Koreya prezidenti Park Que-hu bərə qəzası baş verən ərazini ziyarət edib.

Xanım Park Cənubi Koreya sahilində gəminin batması nəticəsində itkin düşən 287 insanın axtarışını davam etdirən xilas etmə qüvvələrinin işləri ilə tanış olub.

Sahil keşikçiləri doqquz nəfərin həlak olduğunu təsdiqləyib. Lakin həlak olanların sayının artacağı gözlənilir. 179 nəfərin indiyədək xilas edildiyi deyilir. Bərədə qalanların sağ olub-olmadığı barədə hələlik dəqiq məlumat yoxdur.

İnçeon limanından yola düşən Sevol gəmisi Seulun qərbində qəzaya uğrayıb. Məktəb şagirdlərini daşıyan gəmi Cənubi Koreyanın cənub-qərb sahilindən 100 km uzaqda yerləşən Cecu adasına səfərə çıxmışdı.

Təhqiqatçılara gəminin batmasına nəyin səbəb olduğunu aydın deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG