Accessibility links

Cakartanın qubernatoru kafirlik ittihamı ilə iki il müddətinə həbs edilib


Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziyada məhkəmə Cakartanın Çin əsilli xristian qubernatorunu kafirliyə görə iki il müddətinə həbs cəzasına məhkum edib.

Basuski “Ahok” Tcahaca Purnama ötən ilki seçki kampaniyası zamanı müsəlmanların qeyri-müsəlman siyasətçilərə səs vermələrinə qadağa olmadığını sübut etmək üçün Qurandan bir ayə oxuduğunu göstərən video yayılandan sonra kafirlikdə ittiham olunub.

“Məncə müsəlmanların çəkdikləri iztirablarla müqayisədə iki il həbs cəzası Purnama üçün çox yumşaq hökmdür”, deyə ona qarşı etiraz edən bir nümayişçi bildirir.

Onun tərəfdarı isə deyir ki, “mən çox məyusam. O, etmədiyi şeyə görə necə həbs oluna bilər? Prokuror onun günahsız olduğunun sübut edildiyini dedi, amma hakim yenə də onun təqsirli olduğunu deyir. Bəlkə də hakim müsəlman qruplardan gələn təzyiqdən qorxur”.

Purnama sələfi Coko Vidovo 2014 prezident seçkilərində qalib gələndən sonra Cakartanın qubernatoru olub.

Bu ittihamlardan sonra onun populyarlığ azaldı və o, ötən ay keçirilən seçkinin ikinci raundunda keçmiş təhsil naziri Anis Basvedana məğlub oldu. Onun vəzifə müddəti oktyabrda bitir, amma Purnama qərara etiraz edəcəyini deyib.

İndoneziya əhalisinin 87 faizinin müsəlman olmasına baxmayaraq, hökümət dünyəvidir və konstitusiyada ölkədə mövcud altı din qorunur, İslama isə heç bir xüsusi status verilmir.

XS
SM
MD
LG