Accessibility links

Cakarta su altında qalıb


İndoneziyanın paytaxtı Cakarta günlərlə davam edən leysan yağışları səbəbi ilə su altında qalıb. Minlərlə şəhər sakini sığınacaq axtarır. Daşqınlar bir sıra hökumət idarələri və bizneslərin bağlanmasına səbəb olub. Yolların əksəriyyəti keçilməz vəziyyətdədir.

Sinoptiklər yağışların artacağını proqnozlaşdırır. Rəsmilər su səviyyəsinin artıq təhlükəli həddə çatdığı və daşqınların daha geniş əraziyə yayılacağı barədə xəbərdarlıq verib.

Təbii fəlakət səbəbi il artıq 4 nəfər ölüb, 20 min insan evakuasiya edilib.

İndoneziyada leysan mövsümü ötən il torpaq sürüşmələri və sellərə yol açmışdı.

17 min adadan ibarət bu ölkədə milyonlarla insan ya dağlıq, ya daşqınlara məruz qalan düzənliklərdə yaşayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG