Accessibility links

Kaliforniyadakı yanğın səbəbindən ölənlərin sayı 17-yə çatıb


Küləyin gücünün azalması və temperaturun düşməsi yanğınsöndürənlərə ABŞ-ın qərb bölgəsindəki Kaliforniya ştatında bazar günündən bəri başlayan meşə yanğınlarının qarşısını almağa kömək edib.

Rəsmilər bu gün artıq ölənlərin sayının 17 nəfərə çatdığını, 1500-dən çox evin və ticarət obyektinin yandığını bildirib.

Ən böyük yanğının üzüm bağları və şərab istehsalı ilə məşhur olan Napa mahalında olduğu, bəzi sakinlərin yanıb kül olan viranəliklərlə üzləşdiyi deyilib.

Rəsmilərin bildirdiyinə görə, hələ də itkin düşən 200 nəfərin axtarışı davam etdirilir. Yanğın yaşayış məntəqələrinə sürətlə irəlilədiyi üçün çox sayda insan evini qoyub qaçmalı olub. Bölgənin minlərlə sakini 10-dan çox evakuasiya mərkəzinə yerləşdirilib.

Kaliforniya qubernatoru Cerri Braun ştatın yanğınlara baş verdiyi bölgəsində fövqəladə vəziyyət elan edib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Kaliforniya üçün fəlakət fondundan vəsait ayırıb.

XS
SM
MD
LG