Accessibility links

Amerika müsəlmanları Ramazana hazırlaşır [Video]


Amerika müsəlmanları Ramazana hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Müqəddəs Ramazan ayı çümə axşamı, iyunun 18-I başlayır. Dünya boyu müsəlmanlar oruca və mərasimlərə hazırlaşır. Los-Anceles yaxınlığındakı məsciddə də amerikalı müsəlmanlar bu ay üçün xüsusi hazırlıqlar görür.

Kaliforniyanın cənubunda, çoxmillətli Oranc dairəsindəki məsciddə günorta namazına hazırlıq gedir. Bu məsciddə Ramazan ayının ilk şənbə günü minlərlə insanın iştirak edəcəyi böyük mərasimə də hazırlıqlar gedir.

Qurani-Kərimə görə, oruc müsəlmanların Qəməri təqvimilə Ramazan ayında günorta saatlarında tutulmalıdır. Bu gün azan vermək üçün bu məscidə qonşu məsciddən gələn şeyx Mustafa Ömər Ramazan ayının insanların özünü intizama öyrətməsinə və dualarını paylaşmalarına kömək etdiyini deyir. “Əgər siz bütün gün yeməksiz və susuz qalırsansa, hətta bir gün belə, siz öz borcunuzu vermiş olursunuz.”

Məscid işçiləri iftar da daxil edilməklə, müqəddəs ay üçün böyük hazırlıqlar görür. Duaa Əlvan Oranc Mahalı İslam Cəmiyyətinin prezidentidir. “Biz hər gün məscidə toplaşaraq, saat səkkiz radələrində birlikdə iftar açırıq. Burada yemək pulsuzdur. Buraya qonşu məhəllələrdən müxtəlif dinlərə məxsus dostlarımız gəlir.”

İnsanlar burada yeməkləri bölüşür. Yeməklər də icmalar kimi müxtəlifidr. “Siz Pakistan, Hindistan, Yaxın Şərq, İtaliya, Meksika yeməklərini dada bilərsiniz və bu, icmalararası münasibətlərdə özünü göstərir.” deyə. Duaa Əlvan bildirir.

Nəvaz Əhməd məscidə 3 yaşlı qızı ilə gəlib. O deyir ki, indi daha yaxşı həyat üçün yollar tapmaq vaxtıdır. “Yeni ildə olduğu kimi, biz görəcəyimiz işlərimizi başa çatdırmalı, bunun üçün daha güclü olmalıyıq.Bu işləri biz icma və qruplarla birlikdə görürük.”

Köhnə tanışlar yenidən bir araya gəlir, icmalar arasında əlaqələr daha da möhkəmlənir. Məscid üzvləri deyirlər ki, hər il olduğu kimi, bu il də Ramazan ayı həyəcanla qarşılanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG