Accessibility links

Camal Xaşuqcinin qətli ilə bağlı məhkəmə prosesi başlayıb


Səudiyyəli köşə yazarı Camal Xaşuqci qətli ilə əlaqədar Ər-Riyadda 11 nəfərin məhkəməsi başlanıb.

Yanvarın 3-də başlanan prosesdə prokurorlar təqsirləndirilənlərin beşinə ölüm cəzası istəyiblər.

Təqsirləndirilənlərin adları açıqlanmır.

ABŞ-da yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan jurnalist oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb.

Ər-Riyad vəliəhd şahzadə Məhəmməd Bin Salmanın bu qətldə əli olduğuna dair iddiaları rədd edib.

Prokurorlar jurnalistin onu krallığa qayıtmaqdan ötrü dilə tutmağa göndərilmiş agentlər tərəfindən qətlə yetirildiyini bildirir.

Türkiyə 18 şübhəlinin ekstradisiyasını istəsə də, Səudiyyə Ərəbistanı tələbi rədd edib.

Səudiyyə Ərəbistanının baş prokuroru isə bəyanatında bildirib ki, Türkiyəyə dəlil üçün etdikləri müraciətlər cavabsız qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG