ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanından jurnalist Camal Xaşuqçinin qətli ilə əlaqədər 16 nəfərin adını açıqlayıb. Bu şəxslər və onların ailə üzvləri avtomatik olaraq ABŞ-a səyəhət imkanından məhrum edilir.
Bu siyahıda Səudiyyə Ərəbistanının şahzadəsi Maher Mütrəbin yardımçısı Səud Əl-Qahtaninin də adı yer alır.
ABŞ-da yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan jurnalist ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb.
Ər-Riyad vəliəhd şahzadə Məhəmməd Bin Salmanın bu qətldə əli olduğuna dair iddiaları rədd edib.
Prokurorlar jurnalistin onu krallığa qayıtmaqdan ötrü dilə tutmağa göndərilmiş agentlər tərəfindən qətlə yetirildiyini bildirir.