Accessibility links

Xaşuqcinin ölümünün arxasında Səudiyyə Ərəbistanı olduğu sübut olunsa, ABŞ Səudiyyəni cəzalandıra bilər


Camal Xaşuqcinin ölümünün arxasında Səudiyyə Ərəbistanın olduğu sübut olunsa, ABŞ Səudiyyəni cəzalandıra bilər
please wait

No media source currently available

0:00 0:00:48 0:00

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısıdır və hər gün dünya boyu 7 milyon bareldən çox neft satır. Əgər onlar neftin satışını dayandırsa, neftin qiyməti hər barelə 80 dollardan 400 dollaradək arta bilər.

Bu isə təkcə dünya boyu benzinin deyil, quru ilə nəql olunan malların da qiymətini artıracaq.

ABŞ silahlarının əsas idxalçısı olduğu üçün Səudiyyə Ərəbistanı Amerika şirkətlərinə xeyir verir. Lakin ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin dayandırılması bu vəziyyətə mənfi təsir göstərə və səudiyyəlilər Rusiya və Çin kimi başqa silah ixracatçılarına üz tuta bilər.

Səudiyyə Ərəbistanın İctimai İnvestisiya Fondunun da ABŞ infrastrukturuna 20 milyar dollardan çox sərmaye qoyacağı gözlənilir. Amma diplomatik qarşıdurma yaransa, bu razılıq da həyata keçməyə bilər.

XS
SM
MD
LG