Accessibility links

Kanadanın Edmonton stadionu yaxınlığında polis zabitinə maşınla hücum edərək, ona daha sonra bir neçə bıçaq zərbəsi endirən şəxs həbs edilib.

Edmonton polis rəisi Rod Kneçtin dediyinə görə, şübhəlinin maşınında İslam Dövləti bayrağı olub. Rəsmilər həmin şəxsin təkbaşına hərəkət etdiyini deyib.

Şənbə günü gecə saatlarında polisin təqib etdiyi həmin şəxsin yüksək sürətlə idarə etdiyi maşınla 4 nəfəri də vurduğu bildirilib.

Kanadanın Atlı Polis Bölməsinin baş komisarı yardımçısı Merlin Deqran şübhəlinin Somali vətəndaşı olduğunu və Kanadadan sığınacaq istədiyini deyib. Deqran bildirib ki, həmin şəxs 2015-ci ildə ekstemist ideologiyalarına görə diqqət cəlb edib və polis tərəfindən dindirilib, lakin kifayət qədər dəlil olmadığılna görə istintaq dayandırılıb.

"Kanadalılar zorakı ekstremizmin ölkədə kök salmasına imkan verməyəcək" deyə, Kanadanın baş naziri Castin Trudo bildirib.

XS
SM
MD
LG