Accessibility links

Canlı Bloq: İranda etirazlar


1/2/18 9:20 – ABŞ-ın milli təhlükəsizlik müşaviri H.R. Makmaster: "İran xalqı rejimlə bağlı narahatlığını ifadə edir. O rejim ki, diqqətini insanların ehtiyaclarını qarşılamaq əvəzinə terrorun istismarına yönəldir.”

ABŞ milli təhlükəsizlik müşaviri H.R. Makmaster İran haqqında
please wait

No media source currently available

0:00 0:00:34 0:00

1/2/18 9:15 – Video yazı İranın Qərbi Azərbaycan vilayətindəki toqquşmaları göstərir.

1/2/18 4:00 Ağ Ev sözçüsü Sara Hakabi Sanders prezident Trampın sələfi Obama kimi hadisələri sakit izləməyəcəyini deyib. Sözçü əlavə edib ki, prezident Tramp İran xalqını dəstəkləyir və bunun hər kəs üçün aydın olmasını istəyir.

Ağ Ev sözçüsü Sara Hakabi Sanders İran nümayişləri haqqında suala cavab verir
please wait

No media source currently available

0:00 0:00:53 0:00

1/2/18 1:52 – ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bildirib ki, Birləşmiş Ştatlar bir neçə gündür etirazlar keçirən İran xalqının səslərini gücləndirməsinə kömək etmək istəyir. “Beynəlxalq ictimaiyyətin İranda baş verənlərlə bağlı oynaya biləcəyi rolu var”, Nikki Heyli bildirib və əlavə edib ki, ABŞ BMT-nin fövqəladə iclasının keçirilməsinə çağıracaq.

“İran diktaturası etirazların İranın düşmənləri tərəfindən hazırlandığını deyərək, həmişə etdiyi işi görməyə çalışır. Biz hamımız bilirik ki, bu, tam cəfəngiyyatdır. Nümayişlər tamamilə spontan xarakter daşıyır. Onlar faktiki olaraq İranın hər bir şəhərində keçirilir. Bu, uzun zamandır əzilən xalqın diktatorlara qarşı çıxdığının dəqiq təsviridir”, Heyli bildirib.

1/2/18 12:54 – Tramp administrasiyası İranı ölkədə etirazların davam etdiyi vaxt Instagram və Telegram kimi sosial media saytlarına blok qoymasını dayandırmağa çağıraraq, bunları “legitim kommunikasiya vasitələri” adlandırıb. ABŞ Dövlət katibinin yardımçısı Stiv Qoldşteyn deyib ki, Birləşmiş Ştatlar iranlıları onlyan hər hansı senzuranı ötmək üçün VPN adı ilə tanınan özəl virtual şəbəkələrdən istifadə etməyə çağırır.

1/2/18 12:26 – BMT-nin baş katibi Antonio Quterreş İranda etirazlarla bağlı bəyanat açıqlayıb. “Baş katib İranın bir sıra şəhərində etirazlarla bağlı məlumatları diqqətlə izləyir. Biz insan həyatının itirilməsi haqda məlumatlara görə təəssüf hissi keçirir və bundan sonra zorakılıqlara yol verilməyəcəyinə ümid bəsləyirik. İran xalqının azad toplaşmaq hüququ və ifadə azadlığına ehtiram göstəriləcəyini gözləyirik”, sözçü bildirib.

1/2/18 11:59 – Fransa İranda etirazlar zamanı “ölənlər və həbs olunanların sayı” ilə bağlı narahatlığını bildirib. Xarici İşlər Nazirliyi azad etiraz etmək hüququnun fundamental hüquq olduğunu bildirib.

1/2/18 10:30 – Amerikanın Səsinin Fars xidməti bazar ertəsi günü Şiraz şəhərində etiraz nümayişlərindən yeni video yayımlayıb. Fars xidməti tərəfindən həqiqi olduğu təsdiqlənən video görüntülərdə etirazçılar və iğtişaş polisi arasında toqquşmalar göstərilir.

1/2/18 9:51 - İranın Xarici İşlər nazirliyi preziden Donald Trampın Twitter səhifəsindəki mesajına cavab olaraq bildirib ki, “başqa ölkələrlə bağlı mənasız və təhqiredici tvitlər göndərməyə vaxt sərf edincə, onun öz ölkəsində hər gün onlarla insanın qətlə yetirilməsi və milyonlarla evsiz və ac insanın mövcudluğu kimi daxili məsələlərə diqqət yetirməsi daha yaxşı olardı.”

1/2/18 7:10 - Prezident Donald Tramp çərşənbə axşamı günü səhər Twitter səhifəsində ABŞ-ın İranda baş verən hadisələri izlədiyi ilə bağlı şərh yazıb.

“İran xalqı nəhayət qəddar və korrupsioner İran rejiminə qarşı çıxıb. Prezident Obamanın düşüncəsiz şəkildə verdiyi pulların hamısı terrorizmə və onların ciblərinə gedib. İnsanların yerməyi azdır, inflyasiya böyükdür və insan hüquqları yoxdur. ABŞ izləyir!”, Tramp yazıb.

1/2/18 6:02 - İranın Ali dini rəhbəri bir neçə gündür etirazların başlamasından sonra ilk dəfə sükutu pozaraq, İslam Respublikasının düşmənlərini keçən həftə başlamış hadisələri qarışdırmaq üçün pul, silahlar, siyasət və təhlükəsizlik xidmətləri kimi bütün vasitələrdən istifadə etməkdə ittiham edib.

1/2/18 4:55 - Türkiyənin Xarici İşlər Nazirliyi İranda tələfatlara görə narahatlığını ifadə edərək, xarici müdaxiləyə yol verilməyəcəyi ilə bağlı ümidlərini ifadə edib.

1/2/18 2:26 – İranın dövlət televiziyası daha 9 nəfərin öldürüldüyünü bildirilib. Bununla keçən həftədən başlayan etirazlarda ölənlərin sayı 20-dən çox nəfər çatıb.

1/1/18 8:45 – Dövlət mediasına əsasən, “iğtişaşlar yaradan” kişi ov tüfəngi ilə polis qüvvələrinə atəş açaraq, bir polis zabitini öldürüb. Atışma Nəcəfabad şəhərində baş verib.

- İran prezidenti Həsən Ruhani etirazçılara dəstək bildirən bir neçə Twitter mesajından sonra ABŞ prezidenti Donald Trampa səslənib.

- Rusiya öz mövqeyini bildirərək, nümayişlərin İranın “daxili işi” olduğunu və xarici müdaxilənin qəbuledilməz olduğunu bəyan edib.

- Mediada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin zorakılıqlara görə sosial medianı ittiham etdiyi haqda məlumat verilib. “İranda vəziyyətlə bağlı haştaqlar və mesajlar Birləşmiş Ştatlar, Britaniya və Səudiyyə Ərəbistanından gəlib. Sosial media şəbəkələrində ölkədəki vəziyyətlə bağlı baş verənlər İran xalqına qarşı müharibədir.”

- Ruhani bazar ertəsi günü iranlıların qanuni şəkildə etiraz etmək hüququ olduğunu etiraf edib, lakin “bu mərhələdə ən birinci və ən mühüm bir addım olaraq” milli birliyə çağırıb.

- Bazar ertəsi günü İranda ölkə boyu internetin kəsildiyi haqda məlumatlar verilib, lakin istifadəçilər bundan sonra internetin yenidən işlədiyini bildirib.

1/1/18 5:53 – ABŞ Dövlət Departamentinin İraq və İran üzrə müavin yardımçısı Endrü Pik Amerikanın Səsinə bildirib ki, etirazçılara qarşı hücumlara görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiq edilə bilər. “Biz sanksiyalar da daxil olmaqla, o şəxsləri məsuliyyətə cəlb etmək üçün müxtəlif variantları nəzərdən keçiririk”, o bildirib.

1/1/18 4:15 - ABŞ Dövlət Departamentinin İraq və İran üzrə müavin yardımçısı Endrü Pik Amerikanın Səsinə bildirib: "Etirazlar ABŞ-ın uzun zamandır söylədiklərinin təzahürüdür. İran hökumətinin ən böyük qurbanı İran xalqıdır. Biz olayları çox yaxından izləyirik. İran xalqına dəstək verməkdə davam edəcəyik. Preziden bunu açıq bildirib. Biz İran hökumətini xalqın dinc nümayişlər keçirməsi üçün insan haqlarının müdafiəsinə, məlumat almaq hüququna ehtiram göstərməyə və dinc nümayişçilərə qarşı zor tətbiq etməməyə çağırırıq. Düşünürük ki, ən adi insan haqlarına riayət edilməlidir".

1/1/18 3:15 – İranda təhlükəsizlik qüvvələrinin üzvləri Tehranın İşçilər küçəsində motosikletləri insanların üstünə sürüb.

1/1/18 2:01– Amerikanın Səsinin Fars xidmətinə naməlum şəxs tərəfindən göndərilmiş bu videoda Tehranın İnqilab meydanında etirazçıların təhlükəsizlik qüvvələrinə yardım çağırışı etdiyi göstərilir. “Polis qüvvələri bizə dəstək verin”, nümayişçilər səsləri eşidilir.

1/1/18 1:53 - Amerikanın Səsinin Fars xidmətinin yayımladığı bu videoda Tehran yaxınlığındakı Takestan şəhərində etirazlar zamanı təhlükəsizlik qüvvələrinin atəş açdığı göstərilir.

XS
SM
MD
LG