Accessibility links

İran diplomatı Misiri tərk edib


İran diplomatı Misiri tərk edib
İran diplomatı Misiri tərk edib

Misirin xəbər agentlikləri Gahirədə casusluq ittihamı ilə həbs edilən İran diplomatının ölkəni tərk etdiyini bildirirlər. Misir rəsmilərinin bildirdyinə görə, Qasem Hüseyni şənbə günü nəzarət altına alınmış və İranın kəşfiyyat agentliyinə məxfi məlumatlar verib-vermədiyi barədə sorğu-sual edilmişdir. Məlumatlarda İran diplomatının təkcə Misir deyil, Körfəz dövlətlərində də casusluq etməyə cəhd etdiyi bildirilir. Hüseyn diplomatık toxunulmazlığa malik olduğu üçün bazar günü azad edilmiş, bu gün isə Qahirəni tərk etmişdir. İran hökuməti Nüseyninin həbs edildiyini inkar edir.

XS
SM
MD
LG