Accessibility links

Mövlud Çavuşoğlu Çinin uyğurlarla rəftarı ilə bağlı narahatlığını ifadə edib


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Çinin uyğurlara və Sincan vilayətində digər müsəlmanlara qarşı münasibəti ilə bağlı narahatlığını ifadə edib və Pekini dini azadlıqları və milli mənsubiyyəti qorumağa çağırıb.

BMT-nin İnsan Hüquqları Şurasının dörd həftə davam edəcək sessiyasında çıxış edən diplomatlar və fəallar Çinin Sincan vilayətindəki siyasəti və digər insan haqları pozuntularının təftişindən boyun qaçırmaq üçün ciddi lobbiçilik etdiyini deyirlər.

Qərb ölkələri Çinin Sincan vilayətində təlim düşərgələrindəki fəaliyyətinin gündəmə gətirilməsində Türkiyəyə və İslam Əməkdaşlığı Təşkilatının digər üzvlərinə ümid edir.

BMT ekspertləri və fəallar bildirirlər ki, düşərgələrdə milyona yaxın uyğur və digər müsəlmanlar saxlanılır. Çin pis rəftarla bağlı ittihamları rədd edir və BMT şurası daxilindəki tənqidləri ölkənin suverenliyinə müdaxilə olduğunu deyir.

Çavuşoğlu nitqində Çinin qərb ərazisindəki düşərgələri qeyd etməyib. Lakin Cenevrə forumunda çıxışı zamanı o, Sincan vilayətində uyğurlara və digər müsəlmanlara qarşı insan haqları pozuntuları ilə bağlı hesabatların narahatlıq üçün ciddi əsas olduğunu bildirib.

XS
SM
MD
LG