Accessibility links

Cənubi Koreyada qəbul imtahanları ölkədə həyat ritmini dəyişir [Video]


Cənubi Koreyada qəbul imtahanları ölkədə həyat ritmini dəyişir
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Hər il noyabr ayında Koreyada 600 min şagird Suneung adlı universitetə qəbul imtahanını verir. Bu hadisə ölkəni tamamilə “test rejiminə” salır.

Suneung tələbələrin təkcə hansı universitetə gedəcəklərini deyil, həm də gələcək karyeralarını müəyyən edir. Buna görə də bütün ölkə abituriyentlərin rahatlığı üçün dəyişiklilər edir.

Koreyada universitetə qəbul imtahanı çox vacibdir. Bu imtahan şagirdlərin universitetə daxil olub-olmadığını müəyyən edir. Şagirdlərin ailələri bu yükü onlarla birlikdə boynuna alır. İmtahandan bir gün sorna şagirdlərin ailələri bütün təzyiqlərdən və stressdən qurtulur.
Ço Hi-Yeon

Dövlət idarələri və özəl şirkətlər tıxacları aradan qaldırmaq və tələbələrin imtahana daha asan yetişə bilmələrinə kömək etmək üçün iş gününə daha gec saatlarda başlayır. Fond birjası da gec açılır.

Hətta hava yolu sənayesi belə bəzi dəyişikliklər edir.

“Hər il Koreyada ingilis dilində dinləmə imtahanı zamanı biz uçuş və eniş saatlarını yubadırıq,” deyə Seulun Regional Aviasiya Administrasiyasından Kim Se-Eun bildirir.

10 və 11-ci sinif şagirdləri imtahan verən 12-ci sinif şagirdlərinə ürək-dirək vermək üçün imtahanın keçirildiyi yerlərin önünə plakatlar gətirib, ‘imtahanda uğurlar” deyə şüarlar səsləndirir. Bu isə artıq bir ənənəyə çevrilib.

“Mən məktəbimin abituriyentlərini dəstəkləmək üçün səhər saat 6:30-dan bəri buradayam,” şagird Li Cunq-Hun deyir.

Seulun Metropoliten Təhsil İdarəsinin rəhbəri də bu gün onların arasındadır.

“Koreyada universitetə qəbul imtahanı çox vacibdir. Bu imtahan şagirdlərin universitetə daxil olub-olmadığını müəyyən edir. Şagirdlərin ailələri bu yükü onlarla birlikdə boynuna alır. İmtahandan bir gün sorna şagirdlərin ailələri bütün təzyiqlərdən və stressdən qurtulur,” Ço Hi-Yeon söyləyir.

Bu il Cənubi Koreyanın 12-ci sinif şagirdlərinin 75 faizi qəbul imtahanında iştirak edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG