Accessibility links

Cənubi Koreyada prezidentlə əlaqədar qalmaqalla bağlı dinləmələr keçirilir


Çərşənbə axşamı Cənubi Koreyanın ən böyük konqlomeratlarının başçıları prezident Pak Gın Henin siyasi süqutunun mərkəzində yer alan iki fonda milyonlarla dollar ianə edərək nüfuz və ya imtiyaz qazanmaq istədiklərini inkar edib.

Bu həftə Milli Assambleya Samsung, Hyundai və bir neçə başqa böyük şirkətin başçıları ilə prezidentin onların nüfuz qazanmasına yardım göstərdiyi ilə bağlı qalmaqala cəlb olunmalarına dair dinləmə keçirəcək.

Samsunq Qrupunun vitse-sədri Li Cae-yonq bu vəziyyətə görə xəcalət çəkdiyini deyib.

Cənubi Koreya prezidenti Pak Gen Hı
Cənubi Koreya prezidenti Pak Gen Hı

“İlk öncə bu qalmaqala qarışdığımız üçün çox təəssüflənirik və buna görə heç bir bəhanəmiz yoxdur. Biz bu cür hadisələrin təkrarlanmasının qarşısnı almaq üçün lazım olan hər bir tədbiri görəcəyik,” deyə o bildirib.

İstintaqı aparan prokurorlar prezident Parkın yaxın rəfiqsədi Çoi Sun-sil və bəzi yaxın həmkarları ilə Koreyanın böyük şirkətlərini vergi təftişi ilə təhdid etməklə iki fonda 65 milyon dollar ianə etməyə məcbur etmək cədləri ilə əlaqəsi olduğunu iddia edir.

İddiaya görə Çoi bu pulların bir hissəsini öz şəxsi şirkətinə köçürüb. O, səlahiyyətlərindən sui-istifadə etmək, zorakılıq və dələduzluq cəhdində ittiham olunur.

Prezidentin müşavirlərindən biri də buna bənzər ittihamlarla üzləşir, başqa biri isə heç bir dövlət vəzifəsinə sahib olmayan Çoi-yə dövlət sirlərini ötürməkdə təqsirləndirilir.

Dövlət başcısı bu ianələrdən şəxsən faydalanmadığını və ətrafındakıların qanunsuz fəaliyyətlərlə məşğul olduğundan xəbərdar olmadığını iddia edir.

Çərşənbə axşamı Pakın mənsub olduğu Saenuri partiyasının yüksək vəzifəli rəsmisi prezidentin bu həftə impiçmenti ilə bağlı keçiriləcək səsvermənin nəticəsini qəbul edəcəyini, lakin müxalifət partiyalarının tələb etdiyi kimi, dərhal və qeydsiz-şərtsiz istefaya getməyəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG