Accessibility links

Britaniyaya xarici işlər naziri təyin edilib


Boris Consonun kabinet daxilində Britaniyanın Avropa İttifaqından ayrılması üzərində yaşanan fikir ayrırlıqları səbəbilə bazar ertəsi xarici işlər nazirinin vəzifəsindən istefa verməsindən sonra Britaniyanın baş naziri Tereza Mey onun yerinə tərəfdarı Ceremi Hantı təyin edib.

Sabiq səhiyyə naziri Hant daha öncə Brexit-in əleyhinə olsa da, artıq bu addımı dəstəklədiyini deyib və Avropa İttifaqının danışıqlar zamanı təkəbbürlü olduğunu deyib.

“Ölkəm üçün çox mühüm bir zamanda mənim əsas vəzifəm baş nazirin arxasında dayanmaqdır ki, biz kabinetin ötən həftə Çekersdə Avropa İttifaqı ilə əldə etdiyi razılığı yerinə yetirə bilək. Bu razılığın bir hissəsi güclü, əmin qlobal Britaniya yaratmaqdır”- deyə, Hant bildirib.

Conson istefa məktubunda gileylənib ki, Meyin Avropa İttifaqı ilə yaxın ticarət əlaqələri saxlamaq planı “Brexit-in qismən” tətbiq olunmasına bərabərdir və bu Britaniyaya “müstəmləkə statusu” qazandırır.

Consonun istefası Britaniyanın Brexit naziri Devid Devisin istefasından bir gün sonraya təsadüf edir. Mey Devisin vəzifəsinə artıq Dominik Raabı təyin edib.

Devis Meyin Brexit yanaşmasını “təhlükəli strategiya” adlandırıb.
Maeyin partiyasının bir çox üzvü Meyin Brexit yanaşmasına skeptisizmlə yanaşır və bu, onun etimad səsverməsi ilə vəzifədən uzaqlaşdırılmalı olduğuna dair şayiələrə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG