Accessibility links

Böyük şirkətlər öz texnologiyalarının istifadəsini təşviq edir [Video]


Böyük şirkətlər öz texnologiyalarının istifadəsini təşviq edir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Las Veqasda keçirilən dünyanın ən böyük İstehlakçı Elektronikası Sərgisi tamamlandı. Lakin müştərilər və onların cibləri üçün mübarizə yenicə başlayıb. Araşdırma və inkişaf üçün büdcəsi məhdud olan kiçik şirkətlərə isə Samsung və Canon kimi nəhənglərin mesajı var: “Bizim texnologiyadan istifadə edin.”

Bəzilərinin canlı musiqidən və rəqsdən zövq aldığı bir zaman, digərləri yeni nəhəng video ekranın keyfiyyətinin təsiri altında idilər.

Samsung-un təxminən 4 metr diaqonal ölçülü “Divar” adlı televizoru mikroskopik dərəcədə kiçik olan LED-lərdən ibarətdir. Bu, televizora kənar işıq mənbəyi olmadan, öz işığını yaymaq imkanı verir. Rənglər və dəqiqlik mükəmməldir.

Həmin texnologiya modulludur və istənilən ölçüdə ekran düzəltməyə imkan verir.

Skot Kohen, Samsung: “Əksər hallarda Elektronika Sərgisində məhsul xətti öz-özünə qəhrəman və diqqət mərkəzində olur. Lakin Samsung üçün məhsulları önə çıxaran texnologiyanın özüdür. Biz məhz bu mesajı çatdırmaq istəyirik.”

Kamera nəhəngləri Canon və Nikon oxşar ideya ilə çıxış ediblər. Yüksək səviyyəli məhsullar istehsal edib, digərlərinin istifadəsinə vermək.

Dryu Makkalum, Canon USA: “Bizim dostlarımız olan şirkətlər Canon məhsullarından istifadə edərək öz görüntülərini, konsepsiyalarını və bizneslərini istəklərinə müvafiq inkişaf etdirilər.”

İnventar götürən robot Canon kameraları ilə rəflərdəki məhsulları skan edir.

Digər robotlar isə Nikon kameraları ilə insanların tuta bilməyəcəyi kadrları tuturlar.

Lindsey Silverman, Nikon: “Biz fotoqrafiya sənətində robotların necə dəqiq çalışdığını və bu dəyişikliklərin necə sürətlə baş verdiyini nümayiş etdiririk.”

Robotlar haqqında söz düşmüşkən. Aibo adlı bu gözəl it böyük izləyici kütləsinin diqqətini cəlb edib. 2000-ci illərin əvvəlində istehsal edilən Aibo, başının və bədəninin ətrafında yeni sensorların sayəsində daha mükəmməl səviyyəyə gətirilib. O həm də səslərə və insan üzünə reaksiya verir. İnsanlar çox tez onunla dil tapırlar. Hətta özləri it sahibi olmasalar belə.

Meri, it sahibi: “Bu fərqli bir hissdir. Uşaqlar üçün daha təhlükəsiz. Amma düşünürəm ki, o elektrik itirsə və ya proqramı yenilənməsə kədərli olacaq.”

Hal-hazırda isə Soni Aibo-nu yalnız Yaponiyada satmağı planlaşdırır. Qiyməti də təxminən 1,800 dollar və aylıq abunə haqqı. Amma şübhəsiz ki, bu nadir cinsdir.

XS
SM
MD
LG