Çex respublikasının mərkəzi Pardubiçe regionundakı Eksplosiya zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsinə 4 adam itkin düşüb, 7 nəfər xəsarət alıb. Bu gün səhər baş verən partlayış bir binanın dağılmasına, 4 kilomertlik məsafədə yerləşən binaların şüşələrinin sınmasına səbəb olub. Praqadan 100 km-lik məsafədə yerləşən zavodun partlayışına nitrogliserinin yol açdığı təxmin edilir. Zavodda ticari və hərbi təchizatlar üçün partlayıcılar istehsal edilir.