Accessibility links

General Motors 130 özü idarə olunan avtomobil istehal edib


General Motors-dan verilən məlumata görə, şirkətin Detyortda yerləşən zavodunda 130 özü idarə olunan Chevrolet Bolt elektik avtomobil istehsaldan çıxıb.

Avtomobillər GM-in ikinci nəsil özü idarə olunan proqramlar və cihazlarıyla təchiz edilib. Bu avtomobillər daha öncə istehsal edilmiş 50 Chevrolet Bolt ilə bərabər San Fransisko, Skotsdeyl (Arizona) və Detroyt ərazilərində sınaq proqramına qoşulacaqlar.

Şirkətin baş direktoru Meri Barra bildirir ki, GM özü idarə olunan maşınları kütləvi istehsal zavodunda hazırlamış ilk avtomobil şirkətidir. GM bu avtomobilləri yanvar ayından istehsal edir.

Barra əlavə edib ki, GM tezliklə ABŞ-ın mərkəzi şəhərlərində bu avtomobillərin kütləvi satışına başlamaq niyyətindədir. Amma o, dəqiq tarixin nə zaman olacağı haqqında bir məlumat verməyib.

İstehsaldan yenicə çıxmış özü idarə olunan avtomobillər GM-ın sınaqlarını sürətləndirmək imkanı verəcək.

XS
SM
MD
LG