Accessibility links

Çikaqo polisi cinayətkarları axtarır


Çikaqo polisi və şəhər meri istimaiyyətə müraciət edərək, son 24 saat ərzində 12 nəfər ölən də daxil olmaqla, 66 nəfəri gullə atəşinə tutanların məsuliyyətə cəlb olunmasına yardım etmələrini istəyib.

Şəhərin polis idarəsinin nəzarətçisi Eddi Conson həftə sonunda baş verən zorakılığa cavabdeh olanların ələ keçiriləcəyinə əmin olduğunu desə də, yardıma ehtiyac olduğunu bildirib. “Bu təsadüfi atışma deyil, bu cinayətkar qruplaşmalar arasında olan münaqişədir. Biz onların kim olduğunu bilirik və biz onlara belə hadisələrin kriminal dəstələr arasında adı hal olduğu, lakin bunun icma ilə heç bir əlaqəsi olmadığı barədə mesaj göndəririk” deyə, polis rəisi bildirib.

Çikaqonun meri Rahm Emanuel sakinlərə həftə sonu hadisələrinə görə məsuliyyət daşıyanlarla bağlı məlumat vermələri barədə xəbərdarlıq edib.

Bu ilin əvvəlindən bəri Çikaqo şəhərində qətlə yetirilənlərin sayı Birləşmiş Ştahların digər şəhərləri ilə müqayisədə xeyli artıq, 300 nəfərdən çox olub.

Buna baxmayaraq, Çikaqo polisi bu ilin yanvar ayından bəri şəhərdə baş verən silahlı hücumların sayının əvvəlki illərlə müqayisədə 25 faiz aşağa olduğunu və 5500 ədəd qeyri-qanunı silahın müsadirə olunduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG