Accessibility links

Ən böyük və güclü radio teleskop Çili səhrasında fəaliyyətə başlayıb


20 il davam edən inşaatdan sonra dünyanın ən böyük və güclü radio teleskopu Çili səhralarında fəaliyyətə başlayıb. Bu teleskopun köməyi ilə astronomlar kainatın daha uzaq nöqtələrini tədqiq edə biləcəklər.

Çili prezidenti Sebastian Pinera dünən dəniz səviyyəsindən 5000 metr hündürlükdə yerləşən 1.3 milyard dollar dəyərində ALMA adlı mürəkkəb teleskopun açılışında iştirak edib. Teleskopun yerləşdiyi hündürlükdə adətən səma aydın olur və rütubət minimum səviyyədə qedyə alınır.

2013-cü ildə tamamilə başa çatdıqdan sonra ALMA insan gözü ilə görünə bilinməyən işıq dalğalarını qeydə ala biləcək 66 peyk antenadan ibarət teleskop olacaq.

Teleskop Şimali Amerika, Avropa və Şərqi Asiya ölkələri tərəfindən maliyyələşdirilən beynəlxalq layihədir.
XS
SM
MD
LG