Accessibility links

Çilidə vulkan püskürüb


Bu, son 40 ildə ölkədə püskürən ilk vulkandır

Çilinin cənubunda yerləşən Kalbuko vulkanı son iki gündə iki dəfə püskürüb.

Çərşənbə günü son 40 ildə ilk dəfə püskürən vulkandan sonra yaxınlıqda yerləşən şəhərlərin sakinləri evakusiya olunub.

İkinci püskürmə cümə axşamı baş verib.

Püskürmədən əmələ gələn küllər qonşu Argentinanın da bəzi ərazilərini əhatə edib, nəticədə Argentina rəsmiləri sakinlərə təhlükə barədə xəbərdarlıq ediblər.

Hələ ki, heç kəsin xəsarət aldığı barədə məlumat yoxdur.

Çili Milli Geologiya və Mədən Xidməti üçüncü püskürmənin baş verə biləcəyini bildirib.

XS
SM
MD
LG