Accessibility links

Çinin ilk təyyarə daşıyan gəmisi suya endirilib


Çin ilk təyyarə daşıyan gəmisini istehsal edib.

Dalian şəhərində istehsal edilmiş 45 000 metr tonluq gəmi çərşənbə günü elə həmin şəhərdə keçirilən mərasimdə təntənəli şəkildə suya endirilib.

Təyyarə daşıyanın istehsalı Çinin artmaqda olan texnoloji imkanlarını nümayiş etdirir. 2020-ci ildə istifadə verilməsi nəzərdə tutulan gəminin bir neçə dəniz sınağından keçməsi planlaşdırılır.

Çin ilk və bu günə qədər yeganə təyyarə daşıyan gəmisini 2012-ci ildə əldə etmişdi. Sovet dönəmində istehsal edilmiş Liaoninq gəmisi Ukrayandan alınmış və istifadəyə verilməkdən öncə bərpa edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG