Accessibility links

Çin Şimali Koreyaya raket və nüvə sınaqlarını dayandırmasına üçün təzyiq göstərərək, beynəlxalq ictimaiyyətin xoş məramını puça çıxarmamağa çağırıb.

Çinin xarici işlər naziri Vang Yi BMT-nin bu ölkəyə qarşı saknsiyalarını dəstəkləyərək, Manila görüşü çərçivəsində həmkarı Ri Yonq Hoya xəbərdarlıq edib.

ABŞ Çinin təzyiqlərinə ehtiyatlı münasibət bildirib.

Amerikanın Asiya üzrə diplomatı Suzan Tornton müxbirlərə deyib ki, ABŞ Çinin Şimali Koreyanı ildə 1 milyard dollardan məhrum edən cəzaların həyata tətbiqini yaxından izləyəcək.

O, əvvəl Çinin Pxenyanın nüvə silahları inkişafının əleyhinə olduğunu, lakin sonra bundan əl çəkdiyini deyib.

"Biz Çinin sanksiya rejiminə riayət etdiyindən əmin olmaq istəyirik"- deyə Suzan Tornton bildirib.

ABŞ prezidenti Twitter hesabında Çin və Rusiyanın Şimali Koreyaya qarşı sanksiyalar qəaraını dəstəklədikləri alqışlayıb.

Sanskiyalar bu ölkənin daş kömür, dəmir və dəmir filizi, qurğuşun, habelə dəniz məhsullarına şamil edilir.

"Bu, güclü bir maliyyə təsirinə malik olacaq" Tramp yazıb.

ABŞ-ın Şərqi Asiya müttəfiqləri Birləşmiş Millətlər Təşkilatının Şimali Koreyaya tətbiq etdiyi daha sərt sanksiyaları alqışlayıb, amma bu ölkələrin çox azı bu yeni tədbirlərin Kim Conq Un hökümətinin qarşısını alacağını gözləyir.

Yaponiyanın baş naziri Şinzo Abe Təhlükəsizlik Şurasının yeni qətnaməsini dəstəkləyən bəyanat verib və onun “beynəlxalq ictimaiyyətin köhnələrindən tamamilə fərqlənən daha sərt tədbirlər görmək niyyətini” sərgilədiyini deyib.

Cənubi Koreya höküməti Şimali Koreyanı nüvə proqramını məhdudlaşdırmağı ilə bağlı beynəlxalq ictimiayyətin xəbərdarlığını nəzərə almağa, ya da bunu etməməyin nəticələri ilə üzləşməyə hazır olmağa çağırıb.

Cənubi Koreya həmçinin əlavə birtərəfli sanksiyalar tətbiq edəcəyini elan edib.

Təhlükəsizlik Şurası 2006-cı ildən bəri Şimali Koreyaya qarşı hər dəfə getdikcə sərtləşən bir çox sanksiyalar tətbiq edib. Diplomatlar deyir ki, bu tədbirlər Şimali Koreyanın nüvə silahına doğru addımlarını yavaşlatsa da, Pxenyanı nüvə ambisiyalarından imtina etməsinə nail olmayıb.

Şimali Koreyanın sentyabrın 9-da həyata keçirdiyi beşinci nüvə sınağına cavab olaraq təbiq olunan yeni iqtisadi sanksiyalar Pxenyanın iki əsas müttəfiqi Çin və Rusiyanın da daxil olduğu 15 üzvlük Təhlükəsizlik Şurası tərəfindən yekdilliliklə qəbul edilib.

XS
SM
MD
LG