Accessibility links

Çin istehsallı təyyarə sınaq uçuşu keçirdi


Çinin istehsal etdiyi iri sərnişin təyyarəsi ilk sınaq uçuşunu keçirib. Müşahidəçilər bu addımı Çinin Qərbin dominatlıq etdiyi təyyarə bazarına giriş cəhdi kimi dəyərləndirir.

Buludlu səmalar fonunda quyruğunda C919 həkk olunmuş ağ, yaşıl və mavi rəngli təyyarə 80 dəqiqəlik uçuşdan sonra Şanxay beynəlxalq aeroportunda yerə enib. Minlərlə rəsmi, aviasiya həvəskarı və işçilər təyyarənin enişini hərarətləralqışlayıblar

Çin ABŞ-ın istehsal etdiyi Boeing 737 və Avropada istehsal olunan Airbus A320 təyyarələrindən asılılığını azaltmağa can atır.

Dövlət televiziyası təyyarənin saatda 300 kilometr sürətlə 3,000 metr yüksəklikdə uçduğunu xəbər verib. Bu yüksəklik normal uçuş üçün nəzərdə tutulan 7,000 metrdən aşağıdır.

Təyyarə ilkin olaraq 2014-cü ildə sınaqdan keçməli və 2016-cı ildə müştərilən istifadəsinə verilməli idi.

Lakin istehsalatda yaranan problemlər və ləngimələr prosesi yubadıb.

"Comac" adı ilə tanınan dövlətə məxsus Ticari Təyyarə Korporasiyası Çinin aviasiya rəsmilərindən və xarici nizamlayıcılardan sertifikat almağa çalışacaq.

Çin ABŞ-ın istehsal etdiyi Boeing 737 və Avropada istehsal olunan Airbus A320 təyyarələrindən asılılığını azaltmağa can atır.

Alaska Airlines şirkətinə məxsus Boeign 737 markalı təyyarə əksər aviaşirkətlərin istifadə etdiyi modeldir.
Alaska Airlines şirkətinə məxsus Boeign 737 markalı təyyarə əksər aviaşirkətlərin istifadə etdiyi modeldir.

Ölkənin sürətlə artmaqda olan səyahət bazarının 2024-cü ildə ABŞ səyahət bazarını üstələyəcəyi gözlənilir. Bu haqda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məlumat verib.

Təyyarənin istehsalı habelə Çin rəhbərliyinin ölkəni gəlirli texnologiya istehsalçısına çevirmək planının tərkib hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG