Birləşmiş Ştatların dövlət katibi Con Kerri Çindədir. O, Pekində keçiriləcək rəsmi danışıqlar zamanı Çini Şimali Koreyanı mübahisəli nüvə sınaqlarını dayandırmasına təzyiq göstərməyə çağırıb.
Çin Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin Laos və Kambocada daxil edilməklə, Asiyaya səfərinin son dayanacağıdır.
Kerrinin Asiyaya səfəri Cənubi Koreya və dünyanın digər qüdrətlərinin qınağına səbəb olan Şimalı Koreyanın hydrogen bombasının müvəffəqiyyətlə sınaqdan keçirdiyini bəyan etməsindən bir neçə həftə sonraya təsadüf edir.
Dövlət katibinin müavini Toni Blinken Asiyaya Kerridən əvvəl səfər edərək, Yaponiya və Cənubi Koreyalı həmkarları ilə Şimali Koreya ilə bağlı müzakirələr aparıb. “Biz bu sınağı qınayırıq və bizim borcumuz Koreya Xalq Demokratik Respublikasını beynəlxalq öhdəliklərə əməl etməyə məcbur etməkdir” dey'? Toni Blinken bildirib.
Bu məsələni həlli isə yalnız Şimalı Koreyanın iqtisadi baxımdan asılı olduğu Çin həll edə bilər. “Hazırda Koreya yarımadasında vəziyyət çox həssasdır. Biz ümid edirik ki, bu məsələdə maraqlı ölkələr regionda sülh və sabitliyin qorunması istiqamətində iş görəcək” deyə, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Honq Li bildirib.
Təhlilçilər isə Çinin ziddiyətli maraqlarını tarazlaşdırmalı olduğunu deyirlər. Təhlilçi Skot Snayder: “Çin üçün Şimali Koreyanın cəzalandırılması problemdir. Bunu ölkədəki qeyri-sabitliklə izah etmək olar. Çin Pxenyana təzyiq göstərmək istəyir. Lakin bunu çox ağır etmək istəmir."
Skot Snayder deyir ki, Amerika üçün Çini Şimali Koreya cəzalandırmağa razı salmaq çətin olacaq. Belə ki, Çin bunun öz maraqlarına mənfi təsir edəcəyini düşünür.