Accessibility links

Çində partlayış zamanı 22 nəfər ölüb


Çinin şimal-şərqindəki kimya zavodunun yaxınlığında baş verən partlayış 22 nəfərin ölümünə, onlarla insanın yaralanmasına, bir neçə avtomobilin sıradan çıxmasına səbəb olub.

Rəsmilər partlayışın Canciako şəhərində gecə saatlarında “Hebei Şinhua Kimya Sənaye Limited” şirkətinin yaxınlığındakı yükləmə platformasında baş verdiyini bildirib.

Partlayışın səbəb olduğu yanğının onlarla yük və sərnişin maşınını sıradan çıxardığı deyilib.

Partlayışın səbəbilə bağlı araşdırmalar aparılır. Lakin xəbər agetliklərinin ilkin məlumatlarında deyilib ki, partlayış zavodun girəcəyində, içərtisində təhlükəli kimyəvi maddə olan yük maşınında baş verib.

Partlayış baş verən şəhərin 2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG