Accessibility links

Şimali Koreya Çinə xüsusi nümayəndəsini göndərib


Şimali Koreya lideri Kim Conq Un iki müttəfiq ölkə arasında münasibətlərin gərgin olduğu bir vaxt yüksək səviyyəli hərbi rəsmisini xüsusi elçi qismində Çinə göndərib.

Şimali Koreyanın rəsmi Mərkəzi xəbər agentliyi bildirib ki, ordunun ümumi siyasi bürosunun başçısı Çoe Rayonq Hae bu gün nümayəndə heyəti ilə bərabər Pxenyandan Çinə yola düşüb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Honq Lei deyib ki, Pekin Ço ilə Koreya yarımadasında vəziyyət və ümumi narahatlıq doğuran məsələlərlə bağlı danışıqlar aparacaq.

Cənab Kim hakimiyyətə gəldikdən sonra bu, Şimali Koreyanın yüksək səviyyəli nümayəndə heyətinin Pekinə ilk səfəridir.

Çin Şimali Koreyanın əsas müttəfiqi və ölkəyə iqtisadi cəhətdən dəstək verən başlıca ölkədir. Lakin Pekinin yeni hökumətinin Şimala münasibətdə təmkini itirməyə başladığına dair işarələr var.
XS
SM
MD
LG