Accessibility links

Çin prezidenti Kubaya "əsas maraqlar" üzrə dəstək vəd edib


Çin prezidenti Si Tsinpin və kubalı həmkarı Migel Diaz Kanel Bermude
Çin prezidenti Si Tsinpin və kubalı həmkarı Migel Diaz Kanel Bermude

Çin prezidenti Si Tsinpin və kubalı həmkarı cümə günü keçirilən və Pekinin üz-üzə diplomatiyaya qayıdışını qeyd edən görüşdə iki kommunist ölkənin "əsas maraqları" ilə bağlı bir-birinə qarşılıqlı dəstək vəd edib.

Migel Diaz Kanel Bermudesə verdiyi şərhində Si Çinin Kuba ilə "beynəlxalq və regional məsələlərdə koordinasiya və əməkdaşlığı gücləndirməyə" ümid etdiyini bildirib.

Hökumətin mətbuat xidməti Şinin bu iki dövlətin "hər birinin özünəməxsus xüsusiyyətləri ilə sosializm quruculuğu yolunda əl-ələ verərək gedəcəyini" dediyini bildirib.

Çin əsas maraqlarının iqtisadi və siyasi inkişaf hədəflərinin müdafiəsi ilə yanaşı, iddia etdiyi ərazilər, xüsusilə də özü idarə olunan Tayvan üzərində nəzarətin olduğunu bildirir.

Çin hökumətinin xəbər buraxılışında konkret məsələlər və ya ölkələr qeyd olunmayıb.

Diaz Kanelin səfəri pandemiya zamanı bu cür mübadilələrin virtual keçirilməsindən sonra Çinin üz-üzə diplomatiyaya başlamağa çalışdığına dair daha bir işarədir.

Hakim Kommunist Partiyasının lideri olan və hakimiyyətdə qeyri-müəyyən müddətə qalması üçün müddət məhdudiyyətini aradan qaldıran Şi bu ayın əvvəlində Pekində Almaniya kansleri Olaf Şolzla görüşüb. O daha sonra İndoneziyada 20 aparıcı iqtisadiyyat qrupunun toplantısında, Taylandda isə Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunda iştirak edib.

Monqolustan prezidenti Uxnaaqiyn Xürelsüx və Avropa Şurasının sədri Şarl Mişel gələn həftə Pekinə səfəri planlaşdırılıb.

Diaz Kanel Çindən öncə Moskvaya səfər edib. Orada o, Rusiya prezidenti Vladimir Putinlə sanksiyalardan əziyyət çəkən bu iki ölkə arasında “ənənəvi dostluğu” vurğulayıb.

XS
SM
MD
LG