Accessibility links

Çinin bitki təbabətinə maraq artmaqdadır [Video]


Çinin bitki təbabətinə maraq artmaqdadır
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Təsirindən asılı olmayaraq, iynə batırma üsulu ilə (akupunktura ) müalicə kimi ənənəvi Çin təbabəti dünya boyu insanları cəlb etməkdə davam edir. Və bir sıra elmi araşdırmaların nəticələri bəzi çiçəklər və ağac qabığından istifadənin insan orqanizminə bərpaedici təsir etdiyini göstərib. Məsələn, söyüd ağacının qabığı aspirin kimi təsir göstərir. Lakin Çinin bitki təbabətinə maraq artdıqca, orada fırıldaqçılıq da artır.

Heyvanın toxumlarından Çində öskürək və həzm yolları daxil olmaqla, bir sıra xəstəliklərdə istifadə edilir. Maqnoliya tumurcuqları və qabığı isə depressiya və astma xəstələrinə verilir.

Belə məhsulların toplanması və hazırlanması hazırda böyük biznesdir. Lakin tədqiqatçıların fikrincə bazar ikinci dərəcəli məhsullarla doludur. Kral Botanika Bağından Kristin Lion: “Bu adda mal çoxdur və onların hansının bazara çıxarılmasının doğru olduğunu tapmaq çətindir.”

Buna görə də İngiltərə alimləri həkimlərə ənənəvi təbabətdən istifadəyə yardım üçün kitab nəşr edib. Qərb həkimləri təbii təbabət haqda məlumatlanmağa və onlardan müalicədə istifadəyə çalışır. Lakin onlar təyin etdikləri xammalın keyfiyyətini o qədər də yaxşı bilmir. “Bizim bu kitabı nəşr etməyimizin əsas səbəbi artıq vəhşi təbiətdə sayı azalan Çin dərmanlarının adlarını bildirməkdir. Hazırda belə dərmanların analoqları hazırlanır və onların təsiri az olur” deyə, Kristin Lion bildirir.

Bu, ənənəvi müalicənin uzun tarixi olan Çində böyük problem deyil. Lakin qərbdə bir bitkini o birindən necə fərqləndirmək olar? “Bitkilərin keyfiyyəti və tətbiqi yollarına çox maliyyə qoyulub. Lakin onlardan düzgün istifadə edilib-edilməməsi üçün az pul xərclənib.”

Götürək fritallaria bitkilərini, məsələn, zanbaq gülünün soğancıqlarından öskürək və bronxitin müalicəsində istifadə edilir. Lakin bunun əsl zambaq soğancığı olub-olmadığını bilmək çətindir. “Çinin tibbi sistemində çox yaxşı dərmanlar var. Onlara tələbat o qədər çoxdur ki, təəssüf ki, indi çox sayda onların əvəzləyicisi olan oxşar dərmanlardan istifadə edilir."

Kristin Lion onların çap etdiyi kitabın Qərb həkimlərinə təbii yolla müalicədə yardım edə biləcək dərslik olacağına ümid edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG