Los-Anceles hətta Milad mövsümü belə, özünün günəşli günləri ilə tanınır. Hollywood mağazasında olduğu kimi yerli sakinlər və şəhərin qonaqları şəhərdə və ətrafındakı bayram dekorasiyalarına heyran qalır.
Kaliforniyanın cənub bölgəsində Milad çoxları üçün adı günlərdən musiqi sədaları və bəzək-düzəklə fərqlənir. Los-Anceles sakini Markus Rosales: “Fərq həm də ondadır ki, gördüyünüz kimi, dekorasiyalardan başqa hər kəs səmimidir və bir-birini xeyirxahlıqla salamlayır.”
Los-Ancelesin Beverli Hills məhəlləsinin Rodeo Drayvından Qrov küçəsinə qədər bəzədilən bayram işıqları və tamaşalar hamını heyran edir və burada Milad əhval-ruhiyyəsi hiss edilir. Gənc qadın musiqi və mahnılar, işıqlarla birlikdə buranın Disneylendə bənzədiyini deyir.
Buradakı həyəcanın biri də uşaqların Santa-Klausla şəkil çəkdirməsi və Milad bayramı üçün ondan hədiyyə istəməsidir.
Ən cəlbedici isə Yolka ağacıdır. Bu, 30 metr hündürlüyündəki Yolka ağacına 10 mindən çox əllə düzəldilmiş oyuncaq asılıb.
Birləşmiş Ştatların hüdudlarından kənardan gələn qonaqlara Los-Ancelesdəki Milad bayramı daha cəlbedicidir. İspaniyadan gələn turistlərdə daxil edilməklə, qonaqların çoxu buradakı mülayim havanın onlara bu səfərlərini daha rahat etdiyini deyirlər.
Burada hava elə ilıqdır ki, yay paltarında gəzə bilirsən, lakin Milad qarsız ola bilməz. “Çox şənlənirik. Bu Miladdır, yaşamaq lazımdır.” deyə, Los-Anceles sakini bildirir.
İstər gənc, istərsə də qoca Los-Anceledəki Miladı unutmayacaq.