Accessibility links

2021-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə - rəsmi, müxalif və ekspert baxışı


Korrupsiya

Rəsmi qurumlar 2021-ci ildə Azərbaycanda korrupsiyaya qarşı hərtərəfli mübarizə aparıldığını, müxalifət korrupsiyanın daha geniş vüsət aldığını bildirir.

2021-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə - rəsmi, müxalif və ekspert baxışı
please wait

No media source currently available

0:00 0:07:32 0:00

Müstəqil ekspertlər korrupsiyanın qarşısının alınması üçün demokratik seçkilərin keçirilməsini, azad məhkəmə və medianın olmasını, müstəqil vətəndaş cəmiyyətinin rolunu vacib sayır.

Ölkə 2020-ci il üçün Korrupsiyanın Qavranması İndeksində 180 mümkün yerdən 129-cu yeri tutub. Beynəlxalq Şəffaflıq təşkilatının məlumatına görə, Azərbaycan 2019-cu illə müqayisədə nəticəsini 3 pillə pisləşdirib, ölkədə korrupsiyanın qavrayış səviyyəsi çox yüksəkdir.

2021-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində hansı işlər görülüb? Pandora sənədləri korrupsiya faktlarının araşdırlmasına təkan veribmi?

Korrupsiya indeksi
Korrupsiya indeksi

Belə ki, Pandora Sənədlərində Azərbaycan iqtidarının və onların ortaqlarının son 15 ildə Britaniyada 544 milyon dollar dəyərində əmlak əldə etdiyi iddia olunur.

İdarəetmə məsələləri üzrə ekspert Bəxtiyar Hacıyev Amerikanın Səsinə bildirib ki, o və bir neçə siyasi partiya hüquq-mühafizə orqanlarına Pandora sənədlərinə hüquqi qiymət verilməsi ilə bağlı müraciət edib, lakin hələ bir nəticə yoxdur.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev “La Repubblica” qəzetinə müsahibəsində bildirib ki, sənəddəkilərin ola bilsin 5 faizi həqiqətdir, qalanı isə yalandır.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Pandora sənədləri araşdırılmasa da ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayır.

Bu arada Azərbaycanın Baş Prokuroluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bildirib ki, ökədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.

“Belə ki, qanunvericilik, cinayət təqibi, maarifləndirmə sahəsində intensiv tədbirlər həyata keçirilir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən institusional və cinayət təqibi tədbirləri bu sahədə ixtisaslaşmış mötəbər beynəlxalq qurumların mütəxəssisləri tərəfindən monitorinq sənədlərində yüksək qiymətləndirilir,” Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə qeyd edib.

Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxslər rüşvət və korrupsiya ittihamları ilə həbs edilib. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına icra hakimiyyəti başçılarının təyinatı zamanı korrupsiyaya uğramış məmurlara qarşı münasibətin daha sərt olacağını bir daha bəyan edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, iqtisadi sistemin korrupsiya üzərində qurulduğu şəraitdə korrupsiyaya qarşı mübarizə aparmaq mümkün deyil.

Arif Hacılı
Arif Hacılı

İdarəçilik üzrə ekspert Bəxtiyar Hacıyevin qənaətincə ölkədə korrupsiyanı yaradan əsas səbəb siyasi iradədir.

Bununla yanaşı, Azərbaycan prezidenti 2005-ci il iyunun 24-də "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"nı təsdiq edib. Amma Nazirlər Kabineti indiyədək vəzifəli şəxslərin bəyannamə formasını hazırlamayıb.

Müsavat Partiyasının başqanı hesab edir ki, məmurların gəlirləri, əmlakları barədə bəyannamə verməməsi korrupsiyanın inkişaf üçün çox ciddi yol açır.

Bəxtiyar Hacıyevdə də dövlət rəsmilərinin gəlir bəyannaməsi verməməsinin korrupsiya üçün ciddi zəmin yaratdığı fikrindədir.

Ekspert və siyasi partiya rəhbəri vəziyyətdən çıxış üçün vətəndaşların fəallığı nın artırılmasını, siyasi partiyaların mübarizədə fəal olmasını, vətəndaşların dövlət büdcəsinə özlərininki kimi baxmasını vacib sayır.

Bəxtiyar Hacıyevin firkincə, korrupsiyaya qarşı sistemli mübarizə aparılmalıdır. Bu olmasa korrupsiyanın səviyyəsi azalmayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG