Accessibility links

ABŞ Senatı Qina Haspeli CİA direktorluğuna təsdiq edib


ABŞ Senatı agentlikdə keçmiş fəaliyyəti zamanı qəddar dindirmə metodlarını tətbiq etməsinə baxmayaraq Qina Haspeli Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) direktoru vəzifəsinə təsdiq edib.

100 mandatlı Senatda Haspelin direktorluğunun leyhinə 54, əleyhinə 45 senator səs verib. Səsvermə zamanı 6 demokrat senator da respublikaçılara dəstək verib.

MKİ-də 33 illik staja malik veteran bu agentliyin ilk qadın direktoru olacaq. O, indiyədək MKİ-nin direktor əvəzi vəszifəsini icra edirdi.

Haspel Mayk Pompeonu əvəz edəcək. Pompeo ötən ay ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edilib.

2002-ci ildə 2001-ci ilin 11 sentyabr terror hücumundan dərhal sonra Haspel Taylanddakı məxfi saxlama mərkəzinə rəhbərlik edib.

Həmin vaxtlarda CİA “su ilə işgəncə” də daxil olmaqla, sərt dindirmə metodlarından istifadə edirdi.

Mayın 9-da Senatda keçirilən ilk dinləmədə Qina Haspel Mərkəzi Kəşfiyyat Agentliyinin bir daha belə metodlardan istifadə etməyəcəyini bildirmişdi.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG