ABŞ prezidenti Donald Tramp cümə axşamı Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Cina Haspeldən Səudiyyəli jurnalist Camal Xaşuqcinin İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda qətli barədə yeni məlumatlar alır.
Bu cinayətin arxasında olanlar məsuliyyətə cəlb olunacaqlar.. nəticədə ədalət qələbə qacanacaq.Məhəmməd bin Salman, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi
Türkiyədən qayıdan Haspelin Xaşuqcinin işgəncəsi və öldürülməsini qeydə alan səsyazmanı dinlədiyi bildirilir.
Belə görünür ki, Səudiyyə Ərəbistanını böyük müttəfiq və ABŞ tankları, bombaları və təyyarələrinin mühüm alıcısı kimi gördüyünü dəfələrlə vurğulayan Trampın da Xaşuqcinin ölümündə vəliəhd şahzadə Məhəmməd bin Salmanın rolunun olduğuna dair şübhələri artır.
Səudiyyə Ərəbistanının de-fakto rəhbəri vəliəhd şahzadə, “bu cinayətin arxasında olanlar məsuliyyətə cəlb olunacaqlar... nəticədə ədalət qalib gələcək”, deyə bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Xaşuqcinin ölümünə görə məsuliyyət daşıyanların “ədalətdən qaça bilməyəcəklərini” bildirib.
Qeyd edək ki, ABŞ-dan sonra Britaniya da 59 yaşlı jurnalistin qətlində şübhəli bilinənlərin vizalarını ləğv edib. Eyni zamanda isə ABŞ və bir sıra digər Qərb dövlətləri Səudiyyə Ərərbistanına qarşı əlavə tərbirləri nəzərdən keçirir. Buna silah satışının dayandırlması da daxil ola bilər.