Accessibility links

Azadlığa buraxılan nigeriyalı qızlar ailələrinə qovuşub


İllərlə Boko Haram tərəfindən girov saxlanılan və bu yaxınlarda azadlığıa buraxılan 82 nigeriyalı məktəbli qız şənbə günü Nigeriya paytaxtı Abucada ilk dəfə olaraq ailələrinə qovuşublar.

Onlar 2014-cü ildə Çibokda məktəbdən qaçırılmışdılar. Qızlar Boko Haramla Nigeriya hökeməti arasında məhbus mübadiləsi nəticəsində azadlığa buraxılıb.

21 daha məktəbli qız oktyabr ayında sərbəst buraxılmışdı, bir neçə digəri isə ya qrup tərəfindən bir-bir azadlığa buraxılıb, ya da özləri qaçıb.

100-dən çox qız hələ də girov saxlanılır. Amma hökümət onların da azadlığa buraxılmaları üçün terror qrupla danışıqlar aparacağını deyir.

Boko Haram Nigeriyanın şimalını İslam dövlətinə çevirmək üçün səkkiz ildir apardığı terror kampaniyası zamanı minlərlə insan öldürüb.

Nigeriya rəsmiləri militantların qızları mülki vətəndaşları müqavimət göstərməkdən çəkindirmək məqsədi ilə qaçırdıqlarını bildirib.

Qızların çoxu onları qaçıran terrorçularla evlənməyə məcbur edilib və onlardan uşaqları olub. Bəziləri radikallaşdırılıb və dönməkdən imtina edir. Bir digərlərindən isə intiharçı bomba hücumlarında istifadə edildiyi guman edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG