Accessibility links

Cim Mattis: Suriyada Türkiyə ilə birgə patrul təlimləri yaxında başlayacaq


ABŞ müdafiə naziri Cim Mattis deyir ki, Türkiyə qoşunlarını ABŞ qüvvələri ilə birlikdə Suriyanın şimalında keşik çəkməyə hazırlamaq üçün Türkiyədəki bazaya avadanlıq göndərilib.

“İncirliyə təlim avadanlığı göndərilib” – deyə, Mattis, Amerika qüvvələrinin Türkiyənin cənubunda yerləşdiyi strateji hava bazasına istinadən cümə günü Pentaqonda müxbirlərə bildirib.

Mattis təlimin bir neçə həftə ərzində başlayacağını deyib.

Türkiyə qoşunlarının təlimi başa çatandan sonra ABŞ və Türkiyə qüvvələrinin Suriyada nə zaman birgə keşik çəkməyə başlayacaqları bəlli deyil.

Ötən ay Birləşmiş Ştatlar Suriyanın şimalında Mənbic şəhəri yaxınlığında “koordinasiya edilmiş, lakin müstəqil” patrul başladıb.

Mənbicdə kürd yarı-hərbi dəstələrinin döyüşçüləri yerləşir. Vaşinqton oradakı kürd döyüşçüləri dəstəkləyir, Ankara isə onların Türkiyə əleyhinə mübarizə aparan terrorçu olduqlarını deyir.

Pentaqonun bildirdiyinə görə, patrulun məqsədi “Mənbicdə uzun-müddətli təhlükəsizlik” təmin etmək və NATO müttəfiqi Türkiyə qarşısındakı öhdəliklərini yerinə yetirməkdir.

XS
SM
MD
LG